Mükafatlar təqdim edildi - Myanma lideri Trampı geridə qoydu

İslam dini ilə mübarizə çərçivəsində təşkil edilən “İslamafobiya mükafatları” builki sahiblərinə təqdim edilib. İslami İnsan Haqları Komissiyasının hər il verdiyi mükafatların lauretaları arasında İngiltərənin xarici işlər naziri Baris Conson və Myanma lideri Aunq San Syu Çi də yer alıb.

İslam dini ilə mübarizə çərçivəsində təşkil edilən "İslamafobiya mükafatları" builki sahiblərinə təqdim edilib. İslami İnsan Haqları Komissiyasının hər il verdiyi mükafatların lauretaları arasında İngiltərənin xarici işlər naziri Baris Conson və Myanma lideri Aunq San Syu Çi də yer alıb.

Mərkəzi Londonda yerləşən komissiyanın siyahısına İngiltərənin kəskin sağçı aktivisti Tommi Robinzon başçılıq edib. Beynəlxalq İslam əleyhdarları kateqoriyasında isə arakanlı müsəlmanlara yönəldilmiş qətliama səssiz qalan Myanma xarici işlər və dövlər naziri Aunq San birinci olub. Aunq San bu kateqoriyada ABŞ prezidenti Donald Trampı, Fransanın kəskin sağçı Milli Cəbhə Partiyasının lideri Mariya Li Peni geridə qoyub.

Komissiya media kateqoriyasında "Fox News" qəzetini birinci edib. İngiltərənin "Daily Mail", "The Sun" qəzetləri 2 və 3-cü yerlərə layiq görülüb. "İslamafobiya Mükafatları" İngiltərədə inkişaf edən İslam əleyhdarlığına və buna bağlı olaraq baş verən hadisələrə diqqət çəkmək məqsədilə verilir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31