Gündəm

Pakistandakı hadisələrin pərdəarxası məlum oldu - ŞOK İDDİA

27 Noyabr 2017 13:25

Pakistanın ədliyyə və qanunvericilik naziri Zahid Həmid paytaxt İslamabadda dini fəalların etirazları fonunda istefa verib.  Bu haqda yerli “Express Tribune” qəzeti bildirib. Nəşrin məlumatlarına görə, Zahid Həmid istefa ərizəsində bildirib ki, qərar ölkənin yaranmış kritik vəziyyətdən çıxarılması üçün qəbul edilib.

Azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi

27 Noyabr 2017 13:21

Azərbaycançılıq ideologiyası hələ uzun illər əvvəl, tarixin müxtəlif dövrlərində meydana çıxaraq yaranıb və formalaşıb. Düzdür, bu ideologiya prinsip etibarilə müstəqillik illərindən sonra daha geniş yayılaraq günümüzün ən aktual mövzusu və başlıca hədəfimizə çevrilsə də, lakin qeyd etdiyimiz kimi bu dövrə qədər də azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında müstəsna xidmətlər, fəaliyyətlər olub. Belə demək mümkünsə Babəkdən tutmuş Koroğlu, Qaçaq Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlar, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi şair və yazıçılara qədər, həmçinin Şah İsmayıl Xətai, Məmməd Əmin Rəsulzadə, Fətəli xal Xoyski kimi dövlət xadimlərinə qədər adlarını qeyd etdiyimiz hər kəsin azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında mühüm rolu olub.

Əcnəbilər hansı hallarda övladlığa uşaq götürə bilərlər?

27 Noyabr 2017 13:17

Son vaxtlar övladlığa götürülmüş uşaqlarla bağlı çoxsalı suallar ortalığa çıxmaqdadır. Bəs, əslində övladlığa götürmə barəsində hansı hüquqi normativlərə əməl etmək lazimdir? Ümumiyyətlə övladlığa götürmə hansı hallarda baş verir? Bəs övladı olmayan ailələr övladlıq götürməsi üçün nə etməlidir? Vəkil Rövşən Qasımov bildirib ki, övladlığa gütürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.

“Ərazi bütövlüyü məsələsi Azərbaycanın uğurudur”

27 Noyabr 2017 13:14

“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində bütün ölkələrin ərazi bütövlüyünun tanınması məsələsinin öz əksini tapması Azərbaycanın uğuru idi. Çünki, keçmiş sammitdə bu məsələ gərginlik yaratdığı üçün Azərbaycan bəyənnaməyə imza atmamışdı”. Bunu  politoloq Fikrət Sadıqov bildirib.

Politoloq: “Rusiya Ermənistanı yanında saxlamaqda zorluq çəkir” 

27 Noyabr 2017 13:12

“Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və geniş saziş imzalaması 2010-cu ildən gedən danışıqların nəticəsidir. 2013–cü ildə bu sazişin imzalanması hazırlansa da Rusiyanın böyük təsiri nəticəsində bu baş tutmamışdı. Ermənistanla özünün əyaləti kimi davranan Rusiya sözsüz ki, Avropa tələblərinə uyğun hazırlanmış müqavilənin imzalanmasına qısqanclıqla yanaşmalı idi”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Ayaqqabısından psixotrop maddə çıxdı

27 Noyabr 2017 13:10

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Bakıda “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək

27 Noyabr 2017 13:09

28 noyabr 2017-ci il, saat 10:30-da Baku Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, məqsəd daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir.

Nazirlikdə kollegiya iclası keçirilib

27 Noyabr 2017 13:06

İşsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına cari ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb edilməsi dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək.

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

27 Noyabr 2017 13:03

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

"Hansı dini proseslərin problem yaratdığını öyrənməliyik" - Əflatun Amaşov

27 Noyabr 2017 13:01

Hansı dini proseslərin problem yaratdığını öyrənməliyik. Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının və Qafqaz Müsəlmanları İdarəsinin Qubada təşkil etdiyi "Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda keçirilən konfransda deyib.

Çiskin olacaq, külək güclənəcək

27 Noyabr 2017 12:57

Bakıda və Abşeron yarımadasında noyabrın 28-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Məşhur restoranın tualetinə kamera qoyan şəxs tutuldu

27 Noyabr 2017 12:54

Şotlandiyadakı Starbucks şöbələrinin birinin ayaqyolusuna kamera yerləşdirən şəxsin fotosu yayılmışdı. Onun kimliyi bilinib. 31 yaşlı Anthony Dines adlı kişi tutulub.

MTN generalı məhkəmədən bəraət istədi

27 Noyabr 2017 12:53

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevvə Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Kişi 16 yaşlı sevgilisini satmaq istədi, öldürüb, cəsədini parçaladı

27 Noyabr 2017 12:51

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.  İstanbulda həbsxana fərarisi birlikdə yaşadığı sevgilisini boğub öldürüb, sonra da cəsədini hissələrə ayıraraq çemodana qoyub. Qatil qaçmağa çalışsa da, tutulub.

Türkiyənin məşhur serialındakı Azərbaycan səhnəsi GÜNDƏM YARATDI - VİDEO

27 Noyabr 2017 12:49

“Savaşçı” serialının 22-ci bölümündəki Azərbaycanla bağlı səhnələr gündəm yaradıb. Dünən Türkiyənin "FOX" telekanalında yayımlanan “Savaşçı” serialının 22-ci bölümü yayımlanıb. Serialda Azərbaycanla bağlı səhnələr marağa səbəb olub.