Politoloq: “Rusiya Ermənistanı yanında saxlamaqda zorluq çəkir” 

“Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və geniş saziş imzalaması 2010-cu ildən gedən danışıqların nəticəsidir. 2013–cü ildə bu sazişin imzalanması hazırlansa da Rusiyanın böyük təsiri nəticəsində bu baş tutmamışdı. Ermənistanla özünün əyaləti kimi davranan Rusiya sözsüz ki, Avropa tələblərinə uyğun hazırlanmış müqavilənin imzalanmasına qısqanclıqla yanaşmalı idi”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

"Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və geniş saziş imzalaması 2010-cu ildən gedən danışıqların nəticəsidir. 2013-cü ildə bu sazişin imzalanması hazırlansa da Rusiyanın böyük təsiri nəticəsində bu baş tutmamışdı. Ermənistanla özünün əyaləti kimi davranan Rusiya sözsüz ki, Avropa tələblərinə uyğun hazırlanmış müqavilənin imzalanmasına qısqanclıqla yanaşmalı idi". Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, 2013-cü ildən sonra Avropa İttifaqı yetkililəri növbəti illərdə müqavilənin bağlanması üçün hərəkətə keçdilər: "Bu dəfə onlar Rusiyanı inandırmağa çalışdılar ki, təklif olunan saziş əsasən texniki razılaşma olacaq və Rusiyanın hərbi, siyasi və iqtisadi nüfuzuna ziyan gəlməyəcək. Əslində Rusiyanın Ermənistan üzərində olan hüququ elə məhz hərbi, siyasi və iqtisadi maraqlar üzərində qurulub. İlk növbədə Ermənistanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Şurasının üzvü olması, eləcə də Rusiya ilə ikitərəfli çoxaylı hərbi, siyasi, iqtisadi razılaşmalar imzalaması 24 noyabrda Brüsseldə imzalanmış sənədin bu gün üçün işlək mexanizmə çevirilməsi mümkünsüz olacaq. İlk növbədə energetika, nəqliyyat, ətraf mühit kimi sahələrdə, eləcə də ticarət və investisiya sahələrində əməkdaşlığı nəzərdə tutan bu saziş Ermənistanla Rusiyanın iqtisadi əlaqələr və Gömrük Birliyi səbəbindən effektili alınmayacaq. Ermənistanın işlə təmin olunmuş işçi kontingenti əsasən Rusiyanın nəzarətində olan rabitə, energetika,dəmir yolu və hərbi sənaye şirkətlərində çalışırlar.

Ermənistanın quru nəqliyyatı əsaəsn daxili yollardan ibarətdir. İranla nəqliyyat dəhlizi açılması planları Moskva-Bakı -Tehran dəmir yolu xəttinin açılması ilə puç oldu. Bu sazişə görə gələcəkdə Ermənistan vətəndaşlarının Aİ ölkələrinə azad gediş-gəliş imkanları versə də hesab edirəm ki, bu imkandan yalnız bir qisim insanlar yararlana biləcək. Əvvəla ona görə ki, Ermənistan əhalisinin iqtisadi vəziyyəti Avropa standartlarına uyğun deyil və çoxluğun bu imkanlardan yararlanması mümkünsüzdür. Statistikaya görə Ermənistan əhalisinin 70 faizi mövsümü və digər işlər səbəbindən Rusiyaya üz tutmaqdadırlar. Ermənistanın özündə Rusiya kapitalı ilə fəaliyyət göstərən (dəmiryolu, rabitə, energetika) müəssisələrdə işləyir və ya Rusiya hərbi strukturlarında qulluq edir.

Rusiyanın Ermənistanı belə asanlıqla Aİ-yə yaxınlaşmasına razılıq verməsi ilk növbədə onun razılığı ilə baş verdiyini güman etsək də burada başqa təhlilə ehtiyac olan məqamların olduğunu güman edirəm. İlk versiya Rusiya onun boynunda oturan Ermənistanı mənasız və perspektivsiz yemləmək fikrində olmamadığıdır. Buna görə də bu vəzifəni Aİ ölkələri ilə bölüşmək qərarına gəlib. Rusiya ümid edə bilər ki, Aİ ölkələri Ermənistanın iqtisadiyyatının ayağa qalxması üçün müəyyən yardımlar edəcək. Digər versiya isə elə bu səbəbə görə Rusiya Ermənistanı yanında saxlamaqda zorluq çəkir və Rusiyanın iradəsinin əleyhinə olaraq bu saziş imzalanıb". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31