Əcnəbilər hansı hallarda övladlığa uşaq götürə bilərlər?

Son vaxtlar övladlığa götürülmüş uşaqlarla bağlı çoxsalı suallar ortalığa çıxmaqdadır. Bəs, əslində övladlığa götürmə barəsində hansı hüquqi normativlərə əməl etmək lazimdir? Ümumiyyətlə övladlığa götürmə hansı hallarda baş verir? Bəs övladı olmayan ailələr övladlıq götürməsi üçün nə etməlidir? Vəkil Rövşən Qasımov bildirib ki, övladlığa gütürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.

Qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir

Son vaxtlar övladlığa götürülmüş uşaqlarla bağlı çoxsalı suallar ortalığa çıxmaqdadır. Bəs, əslində övladlığa götürmə barəsində hansı hüquqi normativlərə əməl etmək lazimdir? Ümumiyyətlə övladlığa götürmə hansı hallarda baş verir? Bəs övladı olmayan ailələr övladlıq götürməsi üçün nə etməlidir? Vəkil Rövşən Qasımov bildirib ki, övladlığa gütürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) yalnız özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların ovladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların ovladları) övladlığa götürmədikdə icazə verilir. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir) maddəsinə uyğun olaraq ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verilir.
 

Övladlığa götürmənin qaydası
 

Hüquqşünasın bildirdiyinə görə, övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata kecirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xususi icraat qaydasında baxılır. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya numayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir. Uşaq öldukdə övladlığa götürməyə yol verilmir. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata kecirilir. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 

Kimlər övladlığa uşaq götürə bilməz
 

Onun sözlərinə görə, aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər; məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər; qanunla uzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəci vəzifələrindən kənarlaşdırılmış şəxslər; əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu huququ ləğv edilmiş şəxslər; səhhətinə gorə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər: "Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə qanunvericilikdə nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir".
 

Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı
 

Valideynləri olan uşaq qanunvericilikdə nəzərdə tutulan istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəcilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəcilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Uşaqlarının övladlığa göturulməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq, həmcinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər.Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Muvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü zaman məhkəməyə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədlər əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanına övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy təqdim edir. Uşağın ögey ata (ögey ana) tərəfindən övladlığa götürüldüyü hallarda bu cür rəy tələb olunmur: "Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət kecmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmuş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur.Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların (himayəcilərin), himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin və uşaqların özlərinin razılığı tələb olunur. Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumların (himayəcilərin) yazılı razılığı olmalıdır. Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin yazılı razılığı lazımdır. Tərbiyə, mualicə, ailənin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşən uşaqların övladlığa götürülməsinə həmin müəssisələrin rəhbərləri yazılı razılıq verməlidirlər. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq qanunvericilikdə göstərilən şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götümək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31