Gündəm
“Otelçilikdə PR-ın təşkili” mövzusunda seminar keçiriləcək
5 dekabr tarixində “Excelsior Hotel & Spa Baku” otelində “Otelçilikdə PR-ın təşkili” mövzusunda seminar keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, seminarda “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, Azərbaycan Public Relation Association İdarə heyətinin üzvü, “Əlibəyov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov, “adıçəkilən mövzuda təqdimatla çıxış edəcəklər.Həmçinin, otel sahəsində çalışan iştirakçı PR mütəxəssisləri bu sahədə öz təcrübələrini bölüşəcək və mövzu ətrafında fikir mübadiləsi aparılacaq.Tədbirdə PR menecerlər, APRA-nın İdarə Heyətinin üzvləri iştirak edəcəklər.
Tikinti sahəsində monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Olaylar.az bildirir ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Nazirlik sahibkarlarla görüş keçirib
Vergilər Nazirliyinin Tədris Mərkəzində Şamaxı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müşaviri – Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq hazırlanmış 12 strateji yol xəritəsi barədə danışaraq, onun sahibkarlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Hayların Dağlıq Qarabağla bağlı iddiaları eyni əxlaqsızlığa, həyasızlığa dayanır
“Avropa Birliyi və Ermənistan arasında əməkdaşlıq anlaşmasıyla bağlı hayların şərhlərinə baxıram. Hamısı bunu birmənalı olaraq diplomatik qələbə kimi təqdim edirlər”.
Azay Quliyev beynəlxalq sammitdə iştirak edəcək
Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə noyabrın 27-dən 29-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburq Konfrans Mərkəzində təşkil etdiyi “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda keçiriləcək seminarda iştirak etməkdir.
Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar
Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Notarius olmaq istəyən 56 namizəd müsabiqə mərhələsinə buraxılıb
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərin qəbulu başa çatdırılaraq, “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı keçirilmişdir.
“Uşaq Qaynar Xətti” mobil telefonda
Xidmətin İOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş mobil tətbiqi hazırlanıb. Azercell Telekom MMC-nin dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən, uşaqların qayğısına və rifahına yönəlik layihələrindən biri olan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. 24 noyabrda Hyatt Regency otelində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, “Ümidli Gələcək” İB-nin rəhbəri Nabil Seyidov, QHT və media nümayəndələri iştirak edib.
Elvin özünü öyən Kərimi YERİNDƏ OTURTDU: “Cılız...” - VİDEO
Müğənni Kərim Abbasovun “ATV maqazin onlarla” proqramında dediyi “Özümdən başqa zövqlü insan görmürəm” sözlərinə müğənni Elvin Abdullayev sərt reaksiya verib. Elə eyni proqramda Elvin Kərimi qınayaraq onu cılız adlandırıb: “Heç xoşum gəlmir ki, özüm-özümü tərifləyim. Mən sənətkaram, beləyəm, eləyəm demək cılızlıqdır. Qoy, kənardakı sənə o sözü desin. Belə deməklə, özüm-özümü aldatmış oluram. Kim efirdə özünü tərifləyirsə, onlardan xoşum gəlmir”.
1 gündə meydanda 23 nəfər edam olundu - Təcavüzə görə
Hindistanda ilbəil artan təcavüz hadisələri hakimiyyətin kəskin qərarlar verməsinə səbəb olub. Ölkənin Madhiya Pradeş əyalətindəki meydanda kütləvi edam cəzası icra edilib. 12 yaşına çatmamış qızlara təcavüz edən 23 nəfər edam olunub. Ölüm hökmünün bərpası bir neçə aydır ki, bərpa edilib.
Messidən antirekord, “Mançester Siti”dən rekord
"Barselona"nın futbolçusu Lionel Messi özünə aid antirekordu təkrarlayıb. Bu, La Liqanın XIII turunda "Valensiya" ilə oyundan (1:1) sonra reallaşıb. 30 yaşlı hücumçu ardıcıl 6 oyundu qol vura bilmir. "Barselona"nın heyətində son 5 matçda fərqlənə bilməyən Messi Argentina yığmasında keçirdiyi sonuncu görüşdə də adını tabloya yazdıra bilməyib. Əslində, təcrübəli futbolçu "Valensiya" ilə görüşdə qol vurmağı bacarmışdı. Onun zərbəsindən sonra top qapı xəttini keçsə də, referi təmiz qolu qeydə almamışdı.
9 yaşlı qız atalığından hamilə qaldı
Gündə 10 dəfə ögey atası tərəfindən təcavüzə məruz qaldığı deyilən 9 yaşlı qızın 5 aylıq hamilə olduğu dəqiqləşib. Qızının qarnının böyüməsindən şübhələnən ana onu özəl xəstəxanalardan birinə aparıb. Qadın həkimin dediklərini eşidəndə şoka düşüb. Belə ki, o, qızının zorlandığını və 5 aylıq hamilə olduğunu öyrənib.
Bakıda İNANILMAZ FIRILDAQÇILIQ - Satıcılar, diqqətli olun!
Bakıda yeni fırıldaqçılar peyda olub. Bu barədə paytaxtda fəaliyyət göstərən geyim mağazalarından birinin sahibi deyib. Adının açıqlanmasını istəməyən mağaza sahibi bildirib ki, müştəri adıyla mağazaya daxil olan fırıldaqçılar müxtəlif qiymətlərdə olan iki geyimi (Məsələn, 2 şalvar, 2 köynək) seçdikdən sonra, geyim otağına daxil olur.
Malayziya Perlis Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində
Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Hrh Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail, tələbə və məzunların işləri üzrə vitse-kansler köməkçisi dos. Dr. Mohd Fo’ad Bin Sakdan, tələbə və məzunların işləri üzrə şöbə müdiri dos. Razli B. Ahmad Odlar Yurdu Universitetinin qonağı olub. Qonaqları Odlar Yurdu Universitetinin həmtəsisçisi professor Samir Vəliyev qəbul etdi, onları universitetdə görməkdən məmnunluğunu bildirdi.
Azərbaycan və Almaniya arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş simpozium keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdədir. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Mahir Hümbətov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov və SAM-ın Məsləhətçi-eksperti Elçin Mirzəyev daxildir.














