Gündəm

Əsgərlər arasında viktorina keçirilib 

27 Noyabr 2017 12:03

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində “Tam artilleriya generalı Səməd bəy Mehmandarov haqqında nə bilirik” adlı viktorina keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Hərbi hissənin zabiti polkovnik Mehman Kərimovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi naziri, general Səməd bəy Mehmandarovun hərbi fəaliyyəti haqqında çıxışından sonra viktorinada iştirak edəcək komandalara, eləcə də münsiflər heyətinə yarışın qaydaları çatdırılıb.

Qızdırması olan və öskürən şəxslərə XƏBƏRDARLIQ - Evdən ÇIXMAYIN, YOXSA...

27 Noyabr 2017 11:59

İngiltərə Milli Sağlıq Sistemi ölkədə qızılca epidemiyasına qarşı vətəndaşlara xəbərdarlıq edib. Temperaturu yüksək olan və ya öskürək əlamətləri olan şəxslərə evdən çıxmamaqla bağlı xəbərdarlıq edilib.

"Barselona"ya ŞOK - Qol vurdular, amma sayılmadı - VİDEO

27 Noyabr 2017 11:58

"Barselona" və "Valensiya" arasında baş tutan matçda skandal yaşanıb. Oyunun 30-cu dəqiqəsində Messinin cərimə meydançasından vurduğu zərbə qapıdan keçsə də, qol qeydə alınmayıb.

Əli Kərimlinin separatçılara işləməsinə daha bir sübut SİYASİ RAKURS

27 Noyabr 2017 11:50

Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimli istər partiyası, istərsə də inhisarında saxladığı “Milli Şura” vasitəsi ilə istənilən anti-Azərbaycan xarakterli qüvvələrlə iş birliyinə girib, dövlətçilik əleyhinə işlər aparmaqla məşğuldur. Onun özünün də ifadə etdiyi kimi, şəxsi dividentlər qazanmaqdan ötrü hətta şeytanla da əməkdaşlığa hazır ola biləcəyini bildirən Ə.Kərimlinin növbəti ifşası bu amili kifayət qədrər sübuta yetirib. Misal üçün, əldə etdiyimiz informasiyaya görə, hazırda Kərimlinin monopoliyası daxilindəki ”Milli Şura”ya vətən xaini kimi tanınan insanlar da qəbul olunmaqdadır ki, onların arasında açıq şəkildə separatçılıqla məşğul olanların da olmasıı şübhəsizdir.

48 saatda 23 nəfər öldürüldü - Meksika dəhşət içində

27 Noyabr 2017 11:48

Meksikada dəhşətli qətllərin sayı yenidən artıb. Ən çox qətl hadisələri ölkənin şərq istiqamətində yerləşən Verakrus ştatında törədilib. Ştatın bir sıra rayonlarında hakimiyyət orqanları ilə əhali arasında yaşanan qarşıdurma səbəbindən cinayətkaq qruplaşmaların sayı artıb. Ötən 48 saat ərzində 23 nəfər həlak olub.

Evi sökülən vətəndaşlara xəbərdarlıq

27 Noyabr 2017 11:43

Bakıda köhnə tikililərin, xüsusən də “Xuruşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər.

Dünyanın məhv olmaması üçün Rusiyadan ÜÇMƏRHƏLƏLİ PLAN – Apokalipsis XƏBƏRDARLIĞI

27 Noyabr 2017 11:39

Rusiya Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə probleminin nizama salınmasının mərhələli planını təqdim edib.  Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini İqor Morqulov Seulda keçirilən “Valday” diskusiya klubunun sessiyasında deyib.

XİN: Vulkan püskürən Balidə Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

27 Noyabr 2017 11:36

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hazırda İndoneziyanın vulkan təhlükəsi yaşanan Bali adasında azərbaycanlı turistlərin olub-olmaması faktını araşdırır. Bunu  özəl olaraq XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Polad Bülbüloğlunun mahnısı “O Səs Türkiyə”nin münsiflərini VƏCDƏ GƏTİRDİ - VİDEO

27 Noyabr 2017 11:32

“O Səs Türkiyə”nin dünənki buraxılışında Təbrizdən olan Cənubi azərbaycalı ifaçı öz çıxışı ilə yadda qalıb. Məşhur mahnı müsabiqəsinin növbəti buraxılışında Yunes Borumand adlı ifaçı Azərbaycanın sabiq mədəniyyət naziri, Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri və Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib.

FƏLAKƏT SSENARİSİ: Qonşumuzla böyük müharibəyə hazırlıq başladı

27 Noyabr 2017 11:30

Səudiyyə Ərəbistanı və İran arasında gərginlik hər keçən gün artır. Səudiyyə Ərəbistanının liderliyi ilə keçirilən Ərəb Birliyi xarici işlər nazirlərinin zirvə görüşündə “İrana qarşı müharibə elan edilmədi” açıqlaması da qarşıdurmanın pik həddini göstərir. Səudiyyə Ərəbistanın “Al Arabiya” xəbər saytının köşə yazarı Mişari Zeydi İranın bölgədə heç kimi sağ buraxmayacaq planının olduğu iddiası ilə çıxış edib.

Əli Həsənov: Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq Qazaxıstanda möhkəm sülh, sabitlik hökm sürür

27 Noyabr 2017 11:28

Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilir.

Rza Zərrabın məhkəməsində YENİ MƏRHƏLƏ - 95 il həbs cəzası

27 Noyabr 2017 11:25

Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da davam edən məhkəmə prosesi bu gündən etibarən yeni mərhələyə keçir. Daha öncə keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan jüri heyəti üzvlərinin seçimi bu gün baş tutacaq. 

Qəbələdə AĞIR QƏZA: 2 ölü, 8 yaralı

27 Noyabr 2017 11:24

Qəbələdə iki minik avtomobilinin toqquşması nəticəsində 8 nəfərin xəsarət aldığı açıqlanıb. Ötən gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda 90-NB-811 dövlət nömrə nişanlı, "Toyota Rav 4" markalı minik avtomobili ilə 66-BV-214 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2107”nin sürücüsü Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.

200 mindən çox insan həlak oldu – TERROR HÜCUMU ZAMANI

27 Noyabr 2017 11:23

İslam Ölkələri Müdafiə nazirləri ötən gün  Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ilk dəfə bir araya gələrək, "Biz Terrorla Mübarizə edirik" şüarıyla bir görüş təşkil ediblər. Olaylar.az bildirir ki, görüş zamanı İslam Ölkələri Terrorla Mübarizə Koalisiyası son 5 ildə terror hücumları nəticəsində  200 mindən çox insan öldürüldüyü və ya yaralandığını açıqlayıb. Açıqlamada həmçinin qeyd olunur ki, bu hücumlar nəticəsində iqtisadiyyata 348 milyard dollar ziyan dəyib.

Bergüzar Korel “Vətənim sənsən”dəki dəhşət doğuran təcavüzdən danışdı - VİDEO

27 Noyabr 2017 11:22

“Vətənim Sənsən” serialının baş rol ifaçısı Bergüzar Korel çox işləməkdən gileylənib. Həyat yoldaşı Halit Ergençlə “Vətənim sənsən”də tərəf müqabili olan aktrisa rolunun azaldılmasını tələb etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib: "Mən rolumun deyil, iş saatının bir qədər azaldılmasını istədim. Nəticə etibarı ilə eyni evdən iki nəfər çalışır. Mən də o evin anası olduğum üçün belə bir xahiş anlaşılandır. Oğlum, Əliylə daha çox vaxt keçirməliyəm".