"Barselona"ya ŞOK - Qol vurdular, amma sayılmadı - VİDEO
"Barselona" və "Valensiya" arasında baş tutan matçda skandal yaşanıb. Oyunun 30-cu dəqiqəsində Messinin cərimə meydançasından vurduğu zərbə qapıdan keçsə də, qol qeydə alınmayıb.
27 Noyabr 2017 11:58 İdman"Barselona" və "Valensiya" arasında baş tutan matçda skandal yaşanıb. Oyunun 30-cu dəqiqəsində Messinin cərimə meydançasından vurduğu zərbə qapıdan keçsə də, qol qeydə alınmayıb.
Ev sahibi komandanın qapıçısı Netonun topu qapının içərisindən çıxartmasını baş hakim İqlesias Vilyanuev və yan xətt hakimi Enrike Ramos Ferreyrosdan başqa hər kəs görmüşdü. Hakimlər qolkiperin topu qapı xəttinin üzərindən çıxardığına qərar verdilər və qol sayılmadı.


Zərbədən sonra artıq sevinməyə başlayan "Barselona" oyunçuları qolun sayılmadğını görən kimi yan hakimə topun qapıya daxil olduğunu sübut etməyə çalışdılar.


Hadisə oyunun özündən daha çox müzakirə olundu. İspaniyalı keçmiş hakim İturralde Qonsalesoyunu idarə edən hakimlər birqadasını yox, çempionat rəhbərliyini ittiham edib:
"Həmin epizod açıq-aydın qol idi. Amma qolun sayılmamasının günahkarı La Liqadı. Onlar bu cür hadisələri dəqiqləşdirmək üçün sistemləri quraşdırmağa pul ayırmırlar. Sonra isə deyirlər ki, premyer liqa dünyadakı ən yaxşı çempionatdır". (AS)
Qolların avtomatik qeydə alınması sistemi artıq İtaliya, Fransa, Almaniya və İngiltərədə bir çox vacib oyunlarda sınaqdan keçirilib. Amma İspaniyada iki ən yaxşı komandanın oyununda bu cür əlavə avadanlıqlara ehtiyac duyulmayıb.
Qeyd edək ki, "Valensiya" və "Barselona" bu matçdan 1:1 bərabərliklə ayrılıb. Milli.az