Əli Kərimlinin separatçılara işləməsinə daha bir sübut SİYASİ RAKURS

Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimli istər partiyası, istərsə də inhisarında saxladığı “Milli Şura” vasitəsi ilə istənilən anti-Azərbaycan xarakterli qüvvələrlə iş birliyinə girib, dövlətçilik əleyhinə işlər aparmaqla məşğuldur. Onun özünün də ifadə etdiyi kimi, şəxsi dividentlər qazanmaqdan ötrü hətta şeytanla da əməkdaşlığa hazır ola biləcəyini bildirən Ə.Kərimlinin növbəti ifşası bu amili kifayət qədrər sübuta yetirib. Misal üçün, əldə etdiyimiz informasiyaya görə, hazırda Kərimlinin monopoliyası daxilindəki ”Milli Şura”ya vətən xaini kimi tanınan insanlar da qəbul olunmaqdadır ki, onların arasında açıq şəkildə separatçılıqla məşğul olanların da olmasıı şübhəsizdir.

Yaxud, AXCP sədrinə 350 min avro haradan daxil olub?

Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimli istər partiyası, istərsə də inhisarında saxladığı "Milli Şura" vasitəsi ilə istənilən anti-Azərbaycan xarakterli qüvvələrlə iş birliyinə girib, dövlətçilik əleyhinə işlər aparmaqla məşğuldur. Onun özünün də ifadə etdiyi kimi, şəxsi dividentlər qazanmaqdan ötrü hətta şeytanla da əməkdaşlığa hazır ola biləcəyini bildirən Ə.Kərimlinin növbəti ifşası bu amili kifayət qədrər sübuta yetirib. Misal üçün, əldə etdiyimiz informasiyaya görə, hazırda Kərimlinin monopoliyası daxilindəki "Milli Şura"ya vətən xaini kimi tanınan insanlar da qəbul olunmaqdadır ki, onların arasında açıq şəkildə separatçılıqla məşğul olanların da olmasıı şübhəsizdir.

Ataxan Əbilov kimdir?

Misal üçün, bugünlərdə Ə.Kərimli və onun ətrafının Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxış edən, eləcə isə Avropadan ölkəmiz əleyhinə fəaliyyət adamlarla növbəti bağlantıları və iş birlikləribəlli olub. Belə ki, hazırda "Milli Şura"nın Avropada əsas dayaqlarından biri hesab edilən və Hollandiyada yaşayan, o cümlədən, vətən xaini kimi tanınan Ataxan Əbilov həmin dayaqlardan biridir. Daha doğrusu, Ə.Kərimlinin dostu və tələbə yoldaşı olan bu şəxs Hollandiyada "Oyan" adında hərəkat yaradıb və bu hərəkat vasitəsilə Avropa fondlarından 350 min avro alaraq, Azərbaycan əleyhinə təbliğat aparır. Əlbəttə ki, əldə edilən həmin məblğin böyük hissəsi bilavasitə Ə.Kərimliyə ötürülür.

QEYD: Ataxan Əbilov 29 iyun 1965-ci ildə Masallı rayonunun Kubin kəndində anadan olub. Hazırda Niderland Krallığında siyasi mühacir qismində yaşayır. O, Azərbaycandan qaçdıqdan sonra, bir müddət Moskva şəhərində yaşayıb və 14 yanvar 2009-cu ildən Niderland Krallığına - Hollandiyaya mühacirət edib və "siyasi mühacir" statusu alıb. Əbilov Hazırda Hollandiyanın Amsterdam şəhərində yaşayır. Eyni şəhərdə yaşayan Ə.Hümmmətovun ailəsi, eləcə də digər separatçı "siyasi mühacirlərlə" yaxın əlaqələrə malikdir.

Əlikram Hümmətovun "sağ əli", Əli Kərimlinin yaxın adamı!

Bəs A.Əbilovun fəaliyyəti daha öncə hansı "əsaslara" söykənib və necə olub ki, o vətən xaini damğasını daşıyır? Əldə etdiyimiz digər informasiyaya görə, A.Əbilov

1992-ci ildə - AXC-Müsavat iqtidarı dönəmində dövlətçiliyimizin və müstəqilliyimizin əsaslarının zəif olduğu vaxtlarda talış separatçıları tərəfindən qeyri-qanuni olaraq təsis edilmiş "Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası"nın yaradıcılarından və fəal üzvlərindən olub. Onun bu fəaliyyəti ifşa edildikdən bir il sonra - 1993-cü ildə o, hüquq müəllimi işlədiyi BDU-dan qovulub. Həmçinin, A.Əbilov Azərbaycanın ərazı bütövlüyünü xaincəsinə parçalamaga çalışan, Əlikram Hümmətov tərəfindən yaradılan, tanınmayan qondarma "Taliş Muğan Respublikasının" dəstəkçilərindən, habelə "konstitusiya komissiyasının" sədri olub. Əbilov eyni zamanda, Hümmətovun müavini də olub. Bu gün Ə.Hümbətov Ermənistanda qondarma "TMR"in "prezidenti" kimi Azərbaycan əleyhinə fəaliyyət göstərir və maraqlısı da budur ki, onunla birgə separatçılıq edən A.Əbilov Hollandiyadan Ə.Kərimliyə pul göndərərək, Azərbaycan əleyhinə fəaliyyətdə AXCP sədri tərəfindən aşkar siyasi dəstək alır!

Səhih və inkarolunmaz məlumata görə, Əbilov eyni zamanda xarici xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı fəaliyyət baxımından "verbovka" edilərək, zaman-zaman müxtəlif məbləğlərdə maliyyə alaraq, onların bir hissəsini "Milli Şura"ya transfer edib. Demək, digər tərəfdən belə qənaətə gəlmək olar ki, Ə.Kərimli separatçılarla sıx əməkdaşlıq edirsə, bu gün onun ətrafında olanlar - Cəmil Həsənli, Gültəkin Hacıbəyli və s. insanlar da separatçıların buyruq qullarına, nökərlərinə çevrilirlər.

Əli Kərimli separatçının 50 yaşını xüsusilə təbrik edib!

Yeri gəlmişkən, digər fakt da şok doğurucudur. Məsələn, ötən il onun 50 illiyi ilə bağlı Ə.Kərimli bir təbrik yazmaqla yanaşı, bunu da öz mətbu orqanı sayılan "Azadlıq" qəzetində və eyni adda fəaliyyət göstərən sayta işıqlandırıb (???!!!-R.N.) Hətta onun bu addımı bir sıra millətçi baxışında olan cəbhəçilərin etirazlarına səbəb olmuşdu. Həmin ərəfələrdə AXCP-dən və "Milli Şura"dan olan istefalar da bilavasitə bu faktla əlaqələndirilmişdi.

Daha bir xatırlatmanı etmək yerinə düşərdi. Həmin fakt isə türürpədicidir. Bu gün Ə.Kərimlinin təbrik məktubu ünvanladığı A.Əbilovun ən yaxın adamı hesab edilən, üstəlik, AXCP və "Milli Şura" üzvü olan Vüqar Niftəliyev adlı şəərəfini satmış vətən xaini bir neçə ətrafı ilə Türkiyə və Azərbaycan bayraqlarını ayaqları altına ataraq, şəkil çəkdirib "facebook"da yayımlamışdı.

Beləliklə, fakt budur ki, ortada danılmaz sübutlar var və söz xalqın olmaqla yanaşı, həm də hüquq mühafizə orqanlarınındır. Çünki dövlətçiliyimiz və milli maraqlarımız əleyhinə fəaliyyət göstərən istənilən şəxslər bilavasitə Azərbaycan qanunları qarşısında ən sərt cəzalarını almağa layiqdirlər.

Rövşən Nurəddinoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31