Əsgərlər arasında viktorina keçirilib 

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində “Tam artilleriya generalı Səməd bəy Mehmandarov haqqında nə bilirik” adlı viktorina keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Hərbi hissənin zabiti polkovnik Mehman Kərimovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi naziri, general Səməd bəy Mehmandarovun hərbi fəaliyyəti haqqında çıxışından sonra viktorinada iştirak edəcək komandalara, eləcə də münsiflər heyətinə yarışın qaydaları çatdırılıb.

Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində "Tam artilleriya generalı Səməd bəy Mehmandarov haqqında nə bilirik" adlı viktorina keçirilib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Hərbi hissənin zabiti polkovnik Mehman Kərimovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi naziri, general Səməd bəy Mehmandarovun hərbi fəaliyyəti haqqında çıxışından sonra viktorinada iştirak edəcək komandalara, eləcə də münsiflər heyətinə yarışın qaydaları çatdırılıb.
Gərgin bilik mübarizəsi şəraitində keçən viktorinada "Həmlə" komandası 1-ci, "Tankçılar" komandası 2-ci, "Zərbə" komandası isə 3-cü yerə layiq görülərək fəxri fərman və kubokla təltif ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31