Rza Zərrabın məhkəməsində YENİ MƏRHƏLƏ - 95 il həbs cəzası
Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da davam edən məhkəmə prosesi bu gündən etibarən yeni mərhələyə keçir. Daha öncə keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan jüri heyəti üzvlərinin seçimi bu gün baş tutacaq.
27 Noyabr 2017 11:25 DünyaTürkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da davam edən məhkəmə prosesi bu gündən etibarən yeni mərhələyə keçir. Daha öncə keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan jüri heyəti üzvlərinin seçimi bu gün baş tutacaq.
Məhkəmə prosesi isə 28-29 noyabr tarixində başlanacaq.
Məhkəmədə ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaq, bank saxtakarlığı, çirkli pulları yumaq və ABŞ qanunlarını pozmaq üçün müxtəlif pusqular qurmaqda ittiham edilən Rza Zərrab və türkiyəli 4 məmur üçün 95 il həbs cəzası tələb edilib. Çıxdığı son məhkəmə prosesinə ayaqları qandallı formada gətirilən Rza Zərrab son 3 məhkəməsində iştirak etməyib. Onun özü və digər təqsirləndirilən şəxslərlə bağlı ittihamlara qarşı şahid qismində iştirak edəcəyi iddia edilir.
Qeyd edək ki, ABŞ-ın məhkəmə qanunlarına əsasən, təqsirləndirilən şəxslərin cəzasına hakimlər deyil, xalqın içindən seçilən jüri heyəti qərar verir. Publika.az