200 mindən çox insan həlak oldu – TERROR HÜCUMU ZAMANI
İslam Ölkələri Müdafiə nazirləri ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ilk dəfə bir araya gələrək, "Biz Terrorla Mübarizə edirik" şüarıyla bir görüş təşkil ediblər. Olaylar.az bildirir ki, görüş zamanı İslam Ölkələri Terrorla Mübarizə Koalisiyası son 5 ildə terror hücumları nəticəsində 200 mindən çox insan öldürüldüyü və ya yaralandığını açıqlayıb. Açıqlamada həmçinin qeyd olunur ki, bu hücumlar nəticəsində iqtisadiyyata 348 milyard dollar ziyan dəyib.
27 Noyabr 2017 11:23 Dünyaİslam Ölkələri Müdafiə nazirləri ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ilk dəfə bir araya gələrək, "Biz Terrorla Mübarizə edirik" şüarıyla bir görüş təşkil ediblər. Olaylar.az bildirir ki, görüş zamanı İslam Ölkələri Terrorla Mübarizə Koalisiyası son 5 ildə terror hücumları nəticəsində 200 mindən çox insan öldürüldüyü və ya yaralandığını açıqlayıb. Açıqlamada həmçinin qeyd olunur ki, bu hücumlar nəticəsində iqtisadiyyata 348 milyard dollar ziyan dəyib.
Açılışda çıxış edən İslam Ərazisi Terrorizm Koalisiyasının komandiri Rahil Şərif koalisiyanın hər hansı bir ölkəni, qrupu və ya dinini hədəf almadığını və hədəfinin terrorla mübarizə aparmaq olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, ölənlərin 70 faizi İraq, Əfqanıstan, Nigeriya və Pakistanda baş verən terror hücumları zamanı həlak olublar.