Azərbaycan və Almaniya arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş simpozium keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdədir. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Mahir Hümbətov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov və SAM-ın Məsləhətçi-eksperti Elçin Mirzəyev daxildir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdədir. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Mahir Hümbətov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov və SAM-ın Məsləhətçi-eksperti Elçin Mirzəyev daxildir. Səfərin ilk günü Robert Boş fondunun, Avropa Siyasəti İnstitutunun, Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfərin ikinci günü SAM və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Almaniya arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş elmi simpozium keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31