Maçavariani: “Milli Hərəkat” etdiklərindən peşman deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu"nun deputatı Levan Maçavariani müxalif partiyaların qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsində iddiaya baxılması fonunda "kollektiv Milli Hərəkat"ı tənqid edib.

Deputatın sözlərinə görə, işə açıq baxılması ictimaiyyətə müxalifətin aciz vəziyyətini və iddiaya qarşı arqumentinin olmadığını göstərir. Maçavariani "Milli Hərəkat"ın Mixeil Saakaşvilinin sədrliyi dövründə qərar verməməsi, həmçinin Adeişvili və Merabişvilinin partiya üzvü olmaması barədə iddialarını "absurd" və "biabırçı" adlandırıb.

O bildirib ki, partiya keçmişdə törətdiklərinə görə peşmançılıq nümayiş etdirmir: "Əgər hakimiyyətin bircə qramını belə əldə etmək imkanları olsaydı, o doqquz il ərzində etdiklərindən qat-qat pislərini edərdilər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00