Notarius olmaq istəyən 56 namizəd müsabiqə mərhələsinə buraxılıb

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərin qəbulu başa çatdırılaraq, “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı keçirilmişdir.

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərin qəbulu başa çatdırılaraq, "Notariat haqqında" Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı keçirilmişdir. "Olaylar" xəbər verir ki, Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində vakant olan 9 notarius vəzifəsi üzrə keçirilmiş imtahanı vətəndaş cəmiyyətinin nümayəndələri izləmiş, həmçinin tədbirin gedişi internet vasitəsilə "on-line" rejimində birbaşa yayımlanmışdır. "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Yekun nəticələrə görə imtahanda 56 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılmışdır. Namizədlər suallara verdikləri cavabların nəticələri ilə test imtahanının sonunda istifadələrində olan monitor vasitəsilə tanış olmuş və bu barədə bildirişi yerindəcə əldə etmişlər. Növbəti müsahibə mərhələsinin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31