Malayziya Perlis Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində              

Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Hrh Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail, tələbə və məzunların işləri üzrə vitse-kansler köməkçisi dos. Dr. Mohd Fo’ad Bin Sakdan, tələbə və məzunların işləri üzrə şöbə müdiri dos. Razli B. Ahmad Odlar Yurdu Universitetinin qonağı olub. Qonaqları Odlar Yurdu Universitetinin həmtəsisçisi professor Samir Vəliyev qəbul etdi, onları universitetdə görməkdən məmnunluğunu bildirdi.

Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Hrh Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail, tələbə və məzunların işləri üzrə vitse-kansler köməkçisi dos. Dr. Mohd Fo'ad Bin Sakdan, tələbə və məzunların işləri üzrə şöbə müdiri dos. Razli B. Ahmad Odlar Yurdu Universitetinin qonağı olub.
Qonaqları Odlar Yurdu Universitetinin həmtəsisçisi professor Samir Vəliyev qəbul etdi, onları universitetdə görməkdən məmnunluğunu bildirdi.
Görüş zamanı Azərbaycan və Malayziya  arasında olan dostluq əlaqələri, iki universitet arasındakı münasibətlərin genişləndirilməsi, eyni zamanda ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri haqda geniş müzakirələr aparılmışdır.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail öz növbəsində Malayziya və Azərbaycan arasında sürətlə inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən, Azərbaycanda gedən sürətli inkişaf prosesindən və əldə etdiyi uğurlardan söz açdı. Daha sonra iki universitet arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanmışdır. Hər iki sənəddə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə təhsil proqramlarının təşkili nəzərdə tutulur.
Sonda Odlar Yurdu Universitetindən Malayziya Perlis Universitetinin rəhbərliyinə xatirə hədiyyələri təqdim olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31