Ayaqqabısından psixotrop maddə çıxdı
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
27 Noyabr 2017 13:10 SosialAstara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama nəticəsində, vətəndaşın ayaqqabısının sol tayının içərisində 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.