Qənirə Paşayeva Elazığda Qarabağdan danışıb
Millət vəkili Qənirə Paşayeva Elazığ vilayətində Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib. “Olaylar” xəbər verir ki, millət vəkili Q.Paşayeva Elazığ vilayətində “15 Temmuz və Vatan” adlı konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda geniş məruzə ilə çıxış edib.
27 Noyabr 2017 13:45 SiyasətMillət vəkili Qənirə Paşayeva Elazığ vilayətində Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib. "Olaylar" xəbər verir ki, millət vəkili Q.Paşayeva Elazığ vilayətində "15 Temmuz və Vatan" adlı konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda geniş məruzə ilə çıxış edib. Tanınmış aradırmaçı-yazar İmdat Avşarın moderatorluğu ilə keçən konfransda millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxışına "Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm" deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik deyib. Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili Q.Paşayeva bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili, Siyasi elmlər doktoru Q.Paşayeva bu məsələdə Qərbin ikili standarlarını geniş şəkildə izah edib və beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: "Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır". Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanşmada da gördük: "100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr".