“Nazirin xanımı” təqdim olundu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş "Nazirin xanımı" tamaşası təqdim olunub.
Teatrın mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.
Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Şəlalə Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı, aktyorlar Vüsal Mustafayev, Ləman İmanova, əməkdar artistlər Əminə Babayeva, Əjdər Həmidov, İlham Hüseynov, Sabir Məmmədov, aktyor Cümşüd Zeynalov ifa edir.
Qeyd edək ki, satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31