Gündəm

İki şəhid anası olan 86 yaşlı qadına qarşı DƏHŞƏTLİ ƏMƏL: yeyib-içib yanına gəldi və...

27 Noyabr 2017 16:20

Yevlax rayonunda 86 yaşlı qadını qətlə yetirərək evini qarət etməkdə təqsirli bilinən Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuş 1991-ci il təvəllüdlü Aqil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

56 il sürücülük vəsiqəsi olmadan maşın sürdü

27 Noyabr 2017 16:16

Almaniyada bir sürücünün 56 il ərzində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi məlum olub.  74 yaşlı sürücünün törətdiyi qəza nəticəsində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi ortaya çıxıb. Bildirilir ki, həmin şəxs hərbi xidmətə getməmişdən əvvəl sürücülük vəsiqəsi almaq üçün kursa başlayıb. Lakin, hərbi xidmətə yollanan həmin şəxs kursu yarımçıq buraxıb. Daha sonra isə kursu bitirmək üçün müraciət etməyib. O vaxtdan sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. 

Erməni təxribatının bu dəfə Latviyada qarşısı alındı

27 Noyabr 2017 16:15

Azərbaycanın Latviyadakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb.   Latviya Milli Kitabxanasında (LMK) “Ermənistan köhnə xəritələrdə: eramızdan əvvəl VI əsr – XX əsr” adlı sərgi açılmışdı. Ermənistan səfirliyi bu sərgidə digər xəritələrlə bərabər, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin xəritəsini də nümayiş etdirməyə cəhd göstərib. 

Səfirlik: “Odessada baş verən insident xuliqanlıq hərəkətidir”

27 Noyabr 2017 16:13

“Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı lövhənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir”. “Olaylar” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb.

Tikintidə qeyri-əmək münasibətləri ilə bağlı monitorinq aparılıb

27 Noyabr 2017 16:12

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş müsabiqəyə yekun vuruldu

27 Noyabr 2017 16:11

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktoru, dosent Mərziyə Nəcəfova, C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova, MKS direktorları və başqaları iştirak ediblər.

Centenary tribute to Jevdet Hajiyev – a giant of Azerbaijani music – in the shadow of Westminster

27 Noyabr 2017 15:58

Born in Sheki, Jevdet Hajiyev (1917–2002) bestrode Azerbaijani classical music like a colossus, with a long and active career that spanned the entire Soviet period, his final work being dedicated to the victims of Black January in 1990, when civilians were massacred in Baku after an uprising against Soviet rule. On 24 November, the deconsecrated 18th century ecclesiastical baroque surroundings of St. John’s, Smith Square, resounded to his emotive and evocative music. The concert was organised by Pervin Muradova, daughter of Jevdet Hajiyev, with the sponsorship of the Anglo–Azerbaijani Society, their sponsor Rapid Solutions, and Azerbaijan House, with the support of The European Azerbaijan Society (TEAS). It was attended by in excess of 200 Azerbaijanis, diplomats, musicians and classical music experts and aficionados.

Əkin yerini yandıranlar cəzalanacaq

27 Noyabr 2017 15:59

Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib.  Məlumata görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib.Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

İran generalları Avropanı raketlərlə hədələyir

27 Noyabr 2017 15:56

"The Independent" qəzetinin yazdığına görə, İran lazım gələrsə, Avropanı vurmaq qabiliyyətinə malik olmaq üçün raketlərinin mənzilini genişləndirə biləcəyi ilə hədələyib. Ölkənin İnqilab Keşikçiləri Korpusu komandanının müavini deyib ki, Avropa İranı hədələyərsə, Tehran öz raketlərinin zərbə dairəsini 2 min kilometrə çatdıra bilər. "Biz raketlərimizin mənzilini ona görə 2 min kilometrdən az saxlamamışıq ki, bunun üçün texnologiyalarımız yoxdur. ...Sadəcə olaraq biz, öz strateji doktrinamıza əməl edirik" - briqada generalı Hüseyn Salami Fars xəbər agentliyinə deyib.

Cövdət Hacıyevin yüzillik yubileyinə həsr olunmuş konsert  - Londonda

27 Noyabr 2017 15:54

Londonda “St John’s” kilsəsinin “Smith Square” salonunda bəstəkar Cövdət Hacıyevin  yüzilliyinə həsr olunmuş konsert keçirilib. Konsert Cövdət Hacıyevin qızı Pərvin Muradova tərəfindən, İngiltərə-Azərbaycan Cəmiyyətinin, “Rapid Solutions” şirkəti, Azərbaycan Evi və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil edilib. Tədbirdə 200-dən artıq diplomat, ictimai xadimlər, musiqişilər və klassik musiqi mütəxəssisləri, həmçinin Azərbaycan diasporasının fəalları iştirak edib. Olaylar.az bildirir ki, Cövdət Hacıyev Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasında və daha sonra Moskvada görkəmli Sovet bəstəkarı Dmitri Şostakoviçin rəhbərliyi altında təhsil alıb.

Rusiyada korrupsiya ilə mübarizə şöbəsinin müdiri sevdiyi qıza “Mercedes” hədiyyə edib

27 Noyabr 2017 15:52

Başqırdıstanın paytaxtı Ufa şəhərində yerli polis idarəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin rəisi işləyən şəxs sevdiyi qıza qiyməti 2 milyon rubl (təxminən 35 min dollar) olan “Mercedes” markalı avtomobil hədiyyə edib.

Los-Ancelesdə Sarkisyana qarşı etiraz

27 Noyabr 2017 15:53

Müxalif "Yerkir Tsiran" partiyasının rəhbəri Zaruhi Postançıyan ABŞ-ın Los-Ancesles şəhərində Sarkisyan rejiminin əleyhinə etiraz aksiyası keçirir. Bir neçə gün öncə ABŞ-a gedən Postançıyan orada yaşayan erməni icmasını Sarkisyan hakimiyyətinə qarşı təşkilatlandırmaq üçün bir sıra görüşlər keçirəcək.

Gürcüstan XİN Qarabağ separatçılarının Tbilisidə açdığı sərgi haqda

27 Noyabr 2017 15:50

Hər hansı bir separatçı rejimin, istər tanınmamış, qondarma “DQR”, istərsə də Abxaziya separatçılarının haradasa sərgi, konfrans və ya başqa bir tədbir keçirməsi arzuolunmazdır.

Jurnalist atasını vurub öldürən AZAL əməkdaşından 166 min manat istəyir

27 Noyabr 2017 15:47

Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşı Seymur Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keşirilib.

Kremlin sözçüsü Ramzan Kadırovun istefası barədə

27 Noyabr 2017 15:45

“Ramzan respublikanın rəhbəri olaraq qalır”. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kadırovun vəzifədən getmək istəyini bildirməsi ilə bağlı deyib.