Gündəm

Gənclərə natiqlik sənəti öyrədilir

27 Noyabr 2017 17:20

2-4 dekabr 2017-ci il tarixlərdə Şüvəlan qəsəbəsi Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində “Gənclərə natiqlik sənətinin aşılanması” mövzusunda peşəkar təlim kursu keçiriləcək. 

Məşğulluq xidmətinin fəaliyyəti köklü dəyişdirilir

27 Noyabr 2017 17:15

“Prezident İlham Əliyevin sosial müdafiə sistemində məşğulluğun önə çəkilməsi prinsipi bir neçə ay bundan öncə Milli Məclisə daxil olmuş “İşsizlikdən sığorta haqqında” Qanunda özünün bariz əksini tapmışdır. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrəməşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlmişdir”. “OLAYLAR”-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Pirşağı tullantı sutəmizləyici qurğusu tikilir

27 Noyabr 2017 17:14

Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi  “Pirşağı Tullantı  Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir. “Azərsu” ASC-dən “OLAYLAR”-a bildirilib ki, icrasına 2017-ci ilin birinci yarısında başlanmış layihə çərçivəsində ərazidə planlama və texniki təchizat işləri tam yekunlaşıb.

AzTU tələbələri Quba məzarlığını ziyarət ediblər.

27 Noyabr 2017 17:13

Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin bir qrup tələbəsi Quba rayonuna səfər edib.  Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki,  səfər çərçivəsində tələbələr Quba Soyqırımı Memorila Kompleksini ziyarət ediblər.  Kompleksdə tələbələrə soyqrımı haqqında geniş məlumat verilib və onlar XX əsrin böyük fəalakətlərindən hesab olunan bu cinayətin eksponatları ilə yaxından tanış olublar. 

Azərbaycan plüralizm ənənələrinə sadiqdir

27 Noyabr 2017 17:11

Bu bir danılmaz faktdır ki, inkişaf etmiş cəmiyyətlərdə elm, təhsil və din dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir.  Yəni dünyəvi baxışlarda dini dünyagörüş olduğu kimi, dini düşüncələrdə də elmi dünyagörüş çox vacibdir. Çünki dünyəviliyin ruşeymləri ilk dəfə bəsit, kortəbii dini düşüncələrin daxilində yaranaraq inkişaf etmşidir.

Putin Azərbaycandakı səfiri geri çağırdı

27 Noyabr 2017 17:00

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin vəzifəsindən azad edilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Vladimir Dmitriyeviç Doroxin Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.

Azərbaycan Türkiyənin ikinci ən iri qaz ixracatçısına çevrildi

27 Noyabr 2017 16:57

Bu ilin sentyabr ayında Türkiyə 3,680 mlrd. kubmetr təbii qaz idxal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur. Ötən ilin sentyabrında qardaş ölkə 3,007 mlrd. kubmetr qaz alıb. Sentyabrda idxal olunan qazın 3,232 mlrd. kubmetri boru xətləri, 448 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.

İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır? -  RƏSMİ CAVAB

27 Noyabr 2017 16:56

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan "Tamiflu" adlı dərmanı qəbul edən xəstələrdə "qəribə davranış"lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada "Tamiflu" həkimlər tərəfindən uşaqlara yazılmır.

Moskvada BOMBA HƏYƏCANI - 700 nəfər təxliyyə edildi

27 Noyabr 2017 16:48

Moskvanın Lubyanka meydanında yerləşən mərkəzi uşaq mağazasındakı insanlar bomba qoyulması haqqında xəbərlə əlaqədar təxliyyə edilib. Mağazadan təxminən 700 insan təxliyyə olunub.

Aİ-nin Brüssel sammiti Ermənistanın siyasətinin iflası oldu

27 Noyabr 2017 16:36

Avropa İttifaqının  “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsi Dağlıq Qarabağ tənzimlənməsi prizmasından böyük mübahisə vəd verirdi. Vilnüs -2013 və Riqa -2015 sammitlərində  bu mövzuda gərginlik yaranmışdı. Amma bu dəfə əvvəldən görülən işlər Ermənistanı neytrallaşdırdığı üçün mübahisə yaranmadı.

Mİllət vəkili: “Bu münasibətə dərhal son qoyulmalıdır…”

27 Noyabr 2017 16:36

“Hazırda bütün AŞ PA-ya üzv dövlətlərdə uşaqların fiziki, mənəvi sağlamlığına ciddi ziyan vuran rəftarlarla, ailələrindən qorunmayan, müşayiət olunmayan uşaqların yaş qiymətləndirmədə və digər situasiyalarda heç də xoş olmayan tətbiqlərlə üzləşili”.

İstanbulda 200 miqrantın saxlanıldığı zirzəmi tapıldı

27 Noyabr 2017 16:36

İstanbulda 200 pakistanlı miqrantın saxlanıldığı zirzəmi aşkar edilib. Belə bir zirzəmi haqqında polisə həmin yerdən qaçmağa müvəffəq olan miqrantlardan biri xəbər verib. Araşdırma zamanı məlum olub ki, burada miqrantlara əziyyət verilir, hətta 15 nəfər qan itkisindən ölüb.

Avropa erməniləri necə aldatdı?- SUALLARA CAVABLAR

27 Noyabr 2017 16:31

"Ermənilər Avropa Birliyinə qatıldılar!", "Onlar artıq Avropadadır, bizsə yox...", "Ermənistan Avropa Birliyinə inteqrasiya olunur və bu, onların inkişafını göstərir"...

"Milan" baş məşqçisini dəyişdi

27 Noyabr 2017 16:23

İtaliya A seriyası komandalarından olan “Milan” klubunda baş məşqçi dəyişikliyi edilib. Komandanın baş məşqçisi Vinsenzo Montella vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə müvəqqəti olaraq U-19 komandasına başçılıq edən Cennaro İvan Qatusso gətirilib. Klub baş məşqçilik postuna daimi sahiblənə biləcək məşqçi axtarışına çıxıb.

7 yaşlı Mina Abbasova Macarıstanın I xanımının qarşısında çıxış edib

27 Noyabr 2017 16:20

Macarıstanda Akkreditə Olunmuş Səfirlərin Xanımları Assosiasiyası Budapeştdə yerləşən “İnterkontinental” otelində ölkənin birinci xanımı Anita Gertseqin hamiliyi ilə xeyriyyə yarmarkası keçirib. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi yarmarkada ölkəmizi layiqincə təmsil edib. Qonaqlara Azərbaycan mətbəxinin şirniyyatları, xalq tətbiqi sənəti nümunələri, milli yaylıqlar, bədii tikmələr, kitablar, milli musiqi sənətini təbliğ edən kompakt-disklər, müxtəlif suvenirlər təqdim olunub.