Mİllət vəkili: “Bu münasibətə dərhal son qoyulmalıdır…”
“Hazırda bütün AŞ PA-ya üzv dövlətlərdə uşaqların fiziki, mənəvi sağlamlığına ciddi ziyan vuran rəftarlarla, ailələrindən qorunmayan, müşayiət olunmayan uşaqların yaş qiymətləndirmədə və digər situasiyalarda heç də xoş olmayan tətbiqlərlə üzləşili”.
27 Noyabr 2017 16:36 Siyasət"Hazırda bütün AŞ PA-ya üzv dövlətlərdə uşaqların fiziki, mənəvi sağlamlığına ciddi ziyan vuran rəftarlarla, ailələrindən qorunmayan, müşayiət olunmayan uşaqların yaş qiymətləndirmədə və digər situasiyalarda heç də xoş olmayan tətbiqlərlə üzləşili". "Olaylar" xəbər verir ki, bu fikri Milli Məclisin (MM) deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Büro və Daimi komitəsinin iclaslarında səsləndirib. Toplantıda Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitənin məruzəçisi Doris Fialanın hazırladığı "Müşayiət olunmayan miqrant uşaqlar: uşaqlara uyğun yaşın təyin edilməsi" mövzusunda məruzənin müzakirələrində çıxış edən S. Qafarova son dövrlər Avropada miqrasiya dalğasının genişlənməsindən sonra miqrant uşaqlarla bağlı problemin daha da dərinləşdiyini söyləyib: "Bu münasibətə dərhal son qoyulmalı, uşaqlara qarşı belə qeyri-adekvat davranışın aradan qaldırılması üçün tədbirlər görülməlidir. Hesab edirəm ki, bu məruzədə yer alan mələlərin reallaşması uşaqlara uşaq kimi davranmağa, uşaq hüquqlarının və ləyaqətinin qorunması öhdəliyinə hörmət göstərməyə kömək edəcək". Azərbaycan hökumətinin uşaqlara və onların hüquqlarının təmin olunması məsələlərinə çox həssaslıqla yanaşdığını qeyd edən millət vəkili həmçinin ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verərək deyib ki, Azərbaycan dövləti hər zaman uşaqlara diqqət göstərir, onların hüquqlarının qorunması sahəsində bütün imkanları yaradır: "Uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Hər bir sənəddə, qanunvericilik aktlarında uşaq problemləri öz əksini tapıb".