Gündəm
NƏHAYƏT - Şahzadə və aktrisa nişanlandı
Uels şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın nişanlanıb. Məlumata görə, bu barədə şahzadə Harrinin atasının iqamətgahından bildiriblər. Meqan Marklın nişan mərasimindən sonraLondonda yaşamağa hazırlaşdığı bildirilir.
Pişiyi diplomat təyin etdilər
İngiltərənin İordaniyadakı səfirliyi bir pişiyi diplomat təyin edib. Abdounlu Lavrance adlı pişik siçanları ovlamaq üçün təyin edilib. Oktyabr ayında ölkənin paytaxtı Ammanda bir heyvan sığınacağından alınan pişik İngiltərənin ilk diplomat pişiyi olmaq xüsusiyyətinə malikdir. Sosial mediada da məşhur olan pişiyin 7 min izləyicisi var. Amman səfirinin köməkçisi Laura Dauban bildirib ki, A.Lavrance səfir olmaqla yanaşı tviter izləyiciləri ilə də maraqlanır.
Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi
Fahriye Evcen Türkiyənin ən şanslı qadını seçilib. “Kizlar soruyor” sorğu səhifəsi "Türkiyənin ən şanslı məşhur qadını kim?” sualına cavab axtarıb. Sorğu nəticəsində məlum olub ki, Fahriye Evcen Burak Özçivit kimi yaraşıqlı kişi ilə evli olduğu üçün çox şanslı sayılır. Nəticə etibarı ilə Fahriyenin yerində olmaq istəyən qızların da sayı hədsiz çox olub.
Azərbaycanda yeni sənaye məhəlləsi yaradılır
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Sabirabad rayonunda Sabirabad Sənaye Məhəlləsi yaradılsın.
Azərbaycan Prezidenti Mavritaniya və Albaniya dövlət başçılarını təbrik edib
Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Düşmən hücuma hazırlaşır - İtirilmiş ərazilər üçün QİSAS SÖZÜ
Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) Qorlovka rayonunun iki kəndinin Ukrayna Silahlı qüvvələri tərəfindən tutulmasına simmetrik cavab verəcək.
"Prezident seçkilərində mütərəqqi və təkmil seçki təcrübəsindən istifadə edəcəyik"
Noyabrın 25-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə Yeni Azərbaycan Partiyasının ötən 25 ildə keçdiyi inkişaf yolu, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı. Müşavirədə, həmçinin partiyamızın ölkə həyatında yeri və rolu, 25 illik yubiley ərəfəsində görülən işlər və müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi, partiya sıralarına yeni üzvlərin qəbul olunması və onlar arasında ictimai-siyasi işin aparılması kimi məsələlər müzakirə predmetinə çevrildi.
Şərif Şərifova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Şərif Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Yusif Yusibova Prezidentin fəxri diplomu verilib
Prezidenti İlham Əliyev Yusif Yusibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gəncənin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslər təltif edilib (SİYAHI)
Prezident İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Noyabrın 23-dən 24-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Avropa Prokurorlarının Məşvərətçi Şurasının (APMŞ) 12-ci plenar iclası keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, plenar iclasda ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə Şuranın fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilib və təşkilatın sayca 12-ci rəyi müzakirə olunaraq qəbul edilib.
Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində Avropanın mühüm tərəfdaşıdır
“Ötən həftə möhtərəm Prezidentimiz İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində aparılan danışıqlar, əldə olunan uğurlu nəticələr və digər mühüm məqamlarla yadda qaldı. Möhtərəm Prezidentimiz bütün görüşlərdə, aparılan bütün danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusi ilə də BMT-nin qəbul etdiyi 4 qətnaməni bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Ev dustaqları üçün yeni tələblər müəyyən olunur
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən seçilmiş təqsirləndirilən şəxslərlə bağlı yeni tələblər müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət-Prosessual Məcəllənin 163-cü (Ev dustaqlığı) maddəsinə yeddi bəndin əlavə edilməsi təklif olunur.
Vulkan və partlayışla bağlı azərbaycanlı turistlərə ÇAĞIRIŞ
Azərbaycan Turizm Assosiasiyası Azərbaycan vətəndaşlarını Misirə və İndoneziyaya səfər etməməyə çağırıb. Assosiasiyanın sədr müavini Müzəffər Ağakərimov bildirib ki, noyabrın 24-də Misirdə baş verən terror hadisəsindən sonra Azərbaycan vətəndaşlarının həmin ölkəyə getməsi tövsiyə edilmir.
Bakıda vergi uçotundan yayınan mağazalar müəyyənləşdirildi
"Forte kids" və "Forte fashion" əmtəə nişanı altında fəaliyyət göstərən obyektlərin vergi uçotundan yayındırıldığı müəyyən edilib. Vergilər Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən Bakı şəhəri Yasamal və Xətai rayonlarının ərazisində Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilib.











