Gündəm
Terrorun qarşısı alındı
Misir polisi Şimali Sinay vilayətində, Əl-Arişədə silahlıların keçid-mühafiə məntəqələrinə iki hücumunun qarşısını alıb. Bu barədə "Sky News Arabia" telekanalı xəbər verib. Xəbərdə bildirilir ki, silahlı toqquşma zamanı 3 terrorçu məhv edilib.
“Müasir Azərbaycan ədəbiyyatında azərbaycançılıq və multikulturalizm” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetinin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Müasir Azərbaycan ədəbiyyatında azərbaycançılıq və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada, eyni zamanda, nasir, publisist, xalq yazıçısı Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” kitabının kiril əlifbasından latın qrafikasına keçirilmiş variantının təqdimatı keçirilib. Olaylar.az bildirir ki, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov dəyirmi masanın iki vacib mövzunun müzakirəsinə həsr edildiyini və bu mövzular arasında çox ciddi əlaqənin mövcud olduğunu bildirib. Daha sonra o, qeyd edib ki, ədəbiyyatımızda azərbaycançılıq və multikulturalizm geniş mövzunu əhatə edir.
Baş nəqli üçün Çinə müraciət etdi - YALANI ÜZƏ ÇIXDI
Dünyada ilk baş nəqlini gerçəkləşdirmək istəyən italiyalı professor Serxio Kanavero canlı insandan baş nəqli edilməsi üçün Çinə müraciət etmişdi. Çin alimin bu istəyini qəbul etməyib. Çin Beynəlxalq Radiosundan yayımlanan xəbərə görə, alimin xahişi Çinin Səhiyyə Nazirliyi tərəfindən rədd edilib.
“Samsung” 12 dəqiqə ərzində akkumulyatoru enerji ilə dolduran qrafen kürəciklər yaradıb
Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən qrafendən istifadə nəticəsində hazırlanmış akkumulyator 12 dəqiqə ərzində smartfonu enerji ilə doldurmağa imkan verir. Bu haqda “Financial Times” nəşri yazıb.
Bu ölkənin yeni polis bölməsində yalnız robotlar işləyəcək
Tezliklə Çin hakimiyyəti tərəfindən Uhan meqapolisində açılacaq nəqliyyat polis bölməsində yalnız bir robot (sənədlərin yoxlanması və verilməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistem) işləyəcək. Xüsusi süni intellekt əsasında işləyən robot ziyarətçiləri dərhal müəyyənləşdirir ki, bu da uzun növbələri aradan qaldırmağa imkan verəcək.
“Google” şirkəti “ağıllı” kontakt linzaları təqdim edib
Bu yaxınlaradək qanda şəkərin miqdarını ölçən “ağıllı” kontakt linzalarının yaradılması üzərində çalışan “Google” şirkəti ixtira üçün patent hüququ alıb. Linzalar qanda şəkərin miqdarını ölçməklə yanaşı, ölçmənin nəticələrini miniatür simsiz rabitə modulu vasitəsilə mobil qurğu əlavəsinə göndərir.
Virtual qadın siyasətçi seçicilərlə ünsiyyət qurur
Yeni Zelandiya proqramçısı Nik Qirritsen dünyada ilk virtual qadın siyasətçi yaradıb. “SAM” adlı kompüter proqramı (bot) seçicilərlə “Facebook Messenger” əlavəsində ünsiyyət qurur.
Gələn il dünyada ilk smartfon-termometr buraxılacaq
2018-ci ildə qurğular bazarına “i-MEMS” sistemli dünyanın ilk smartfon-termometrinin çıxarılacağı gözlənilir. Smartfon-termometr istifadəçiyə 0,5 saniyə ərzində bədənin dəqiq temperaturunu öyrənməyə imkan verəcək.
Bu smartfon "qiymət – keyfiyyət" nominasiyasında ilin ən yaxşı smartfonu adına layiq görülüb
"TechRadar” portalının versiyasına görə, “Samsung Galaxy S8”, “S8 Plus” və “Google Pixel 2” qurğuları 2017-ci il üzrə ən yaxşı smartfonlar reytinqində ilk üçlükdə qərarlaşıblar.
“Firefox” brauzeri istifadəçiləri məlumat itkisindən qoruyacaq
“Firefox” brauzerinin tərtibatçıları kvant texnologiyalı yenilənmə ilə məhsuldarlığı artırdıqdan sonra təhlükəsizliklə bağlı məsələlərlə məşğul olmağa başlayıblar.
Smartfon asılılığı ilə mübarizədə kömək edən qurğu təqdim olunub
Avstriyalı dizayner Klemens Şillincer tərəfindən təqdim edilmiş “Substitute Phone” adlı ixtira insanlara smartfon asılılığından xilas olmaqda yardımçı olacaq.
116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ
ABŞ-ın Kaliforniya əyalətindəki bir yanğınsöndürmə binasında asılan lampa 116 ildir ki, fasiləsiz olaraq yanmaqdadır. 1901-ci ildən bəri yanan lampa müxtəlif fasilələrlə yaşanan 3 elektrik kəsilməsi xaricində heç vaxt sönməyib. Lampanı hazırlayan və yanğınsöndürənlərə hədiyyə edən isə Adolf Çaylet olub. O, dövrünün böyük alimi Tomas Edison ilə rəqabətdə olub və ən yaxşı lapmanı icad etmək mövzusunda iddiaya girib.
Devid Bekhem uğurunun sirrini açıqlayıb
“Adidas” və “Samsung” kimi dünyaca məşhur şirkətlərin reklam üzü olan keçmiş futbolçu Devid Bekhem iş adamına çevrildiyi müddəti həyəcanlı dövr adlandırıb.
Filmdəki səhnələrinə görə sevgilisindən ayrılan aktrisaya evlilik təklifləri gəlir
Qısa müddət ərzində tamaşaçılar tərəfindən sevilən türk serialı “Çukur”da Sena obrazını canlandıran aktrisa Dilan Çiçek Deniz filmdəki rolu sayəsində istədiyi şöhrətə sahib olub. Filmdən sonra “2014 Miss Turkey” ikincisi seçilən aktrisanın İnstagramdakı izləyici sayı 1 milyon olub. Dilan məşhurlaşması ilə bağlı “Yolda gedərkən şəkil çəkdirmək istəyənlər artıb. Bundan həm xoşlanıram, həm də utanıram”, -deyə bildirib. Sevgilisi Okan Can Yantırdan yeni ayrılan aktrisaya sosial şəbəkədən minlərlə evlilik təklifləri gəlir.
Dondurulmuş xurma yedikdə orqanizmdə nə baş verir?
Xurma mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsidir. Bu dadlı şərq meyvəsini uşaqlar da, yaşlılar da eyni dərəcədə sevir. Bütün dünya xurma ilə 1855-ci ildə amerikalı admiral Metyu Perrinin 200 il qərblə təcrid olan Yaponiya səfərindən tanış olub. Perri ABŞ-a əliboş gəlməmişdi. O, bu gün hər kəsin sevdiyi xurma meyvələrini də özü ilə gətirmişdi. Latın dilindən xurma "Allah yeməyi" və ya "Cənnət meyvəsi" kimi tərcümə olunur.














