Devid Bekhem uğurunun sirrini açıqlayıb
“Adidas” və “Samsung” kimi dünyaca məşhur şirkətlərin reklam üzü olan keçmiş futbolçu Devid Bekhem iş adamına çevrildiyi müddəti həyəcanlı dövr adlandırıb.
27 Noyabr 2017 18:53 Dünya"Adidas" və "Samsung" kimi dünyaca məşhur şirkətlərin reklam üzü olan keçmiş futbolçu Devid Bekhem iş adamına çevrildiyi müddəti həyəcanlı dövr adlandırıb. Bu barədə televiziya proqramlarından birində çıxış edən Devid uğur qazanmanın sirrini açıqlayıb: "Markamızın dəyəri mövzusunda heç bir fikrim yoxdur. Heç vaxt öz gördüyüm işi qiymətləndirmərəm. Bu qərarı hər zaman başqalarına həvalə edirəm. Amma yaxşı bir iş hazırladığımızdan əminəm. Düzgün insanlar və ailəniz varsa uğur qazanıb müvəffəqiyyətli ola bilərsiniz". Azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31