Baş nəqli üçün Çinə müraciət etdi - YALANI ÜZƏ ÇIXDI
Dünyada ilk baş nəqlini gerçəkləşdirmək istəyən italiyalı professor Serxio Kanavero canlı insandan baş nəqli edilməsi üçün Çinə müraciət etmişdi. Çin alimin bu istəyini qəbul etməyib. Çin Beynəlxalq Radiosundan yayımlanan xəbərə görə, alimin xahişi Çinin Səhiyyə Nazirliyi tərəfindən rədd edilib.
27 Noyabr 2017 20:03 DünyaDünyada ilk baş nəqlini gerçəkləşdirmək istəyən italiyalı professor Serxio Kanavero canlı insandan baş nəqli edilməsi üçün Çinə müraciət etmişdi. Çin alimin bu istəyini qəbul etməyib. Çin Beynəlxalq Radiosundan yayımlanan xəbərə görə, alimin xahişi Çinin Səhiyyə Nazirliyi tərəfindən rədd edilib.
Çin Orqan Transplantasiyası Komitəsinin prezidenti Huanq Ciefu verdiyi açıqlamada belə bir əməliyyatın texniki baxımdan mümkün olmadığını bildirib. O, orqan nəqli ilə bağlı tələbin Çin qanunlarına uyğun olmadığını da vurğulayıb.
İtaliyalı cərrah Kavanero daha öncə Çində ağır xəstə olan bir insanın başını beyin ölümü keçirən bir könüllüyə nəql edəcəyini açıqlamışdı. Bir neçə gün öncə isə cərrah bu əməliyyatı gerçəkləşdirdiyini iddia etmişdi. O, əməliyyatın uğurla keçdiyini və 18 saat davam etdiyini bildirmişdi. Publika.az