Rusiyada korrupsiya ilə mübarizə şöbəsinin müdiri sevdiyi qıza “Mercedes” hədiyyə edib
Başqırdıstanın paytaxtı Ufa şəhərində yerli polis idarəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin rəisi işləyən şəxs sevdiyi qıza qiyməti 2 milyon rubl (təxminən 35 min dollar) olan “Mercedes” markalı avtomobil hədiyyə edib.
27 Noyabr 2017 15:52 DünyaBaşqırdıstanın paytaxtı Ufa şəhərində yerli polis idarəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin rəisi işləyən şəxs sevdiyi qıza qiyməti 2 milyon rubl (təxminən 35 min dollar) olan "Mercedes" markalı avtomobil hədiyyə edib.
Virtualaz.org "ProUfu.ru" nəşrinə istinadən xəbər verir ki, İqor Vorobyov maşını vəkil işləyən qadına hələ mart ayında - 8 Mart bayramı münasibətilə bağışlayıbmış. Lakin bu hadisənin görüntüləri yalnız indi yayımlanıb.
Faktlar yayılandan sonra Başqırdıstan Daxili İşlər Nazirliyində araşdırmalara başlanıb. Bu barədə hələlik rəsmi məlumatın verilmədiyi bildirilir.