Əkin yerini yandıranlar cəzalanacaq

Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib.  Məlumata görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib.Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib.
 Məlumata görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib.Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir. Maddədə göstərilib ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər. Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31