"Qarabağ" - "Çelsi" matçının hakiminin balı bəlli oldu
Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” matçında verdiyi qalmaqallı qərarlarla sərt reaksiyalara tuş gələn baş hakim Manuel de Souzanın qiyməti bəlli olub.
27 Noyabr 2017 15:22 İdmanÇempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" matçında verdiyi qalmaqallı qərarlarla sərt reaksiyalara tuş gələn baş hakim Manuel de Souzanın qiyməti bəlli olub. Referinin idarəçiliyi 8.4 balla dəyərləndirilib.
M.Souza sözügedən matçda "Qarabağ"ın qapısına 2 dəfə penalti təyin etmiş və ağdamlıların kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərmişdi. Onun belə mübahisəli qərarlar qəbul etməsi ilə yanaşı, yüksək bal alması azarkeşlərdə şübhə və qəzəb yaradıb. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31