Gündəm

Ermənistan ordusunun Azərbaycan ərazisindəki mövcudluğu erməni ölümlərinin əsas mənbəyidir

20 Dekabr 2017 12:45

Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyanın işğalçı ölkənin Təhlükəsizlik Şurasının toplantısını çağırması barədə məlumat vermişdik. Xəbərdə o da qeyd edilmişdi ki, Ermənistan Təhlükəsizlik Şurasının toplantısı cari ilin son günləri üçün nəzərdə tutulsa da, lakin Sərkisyan həmin toplantının vaxtından əvvəl çağırılmasını məqsəduyğun hesab edib.

Hesablama Palatasında etika komissiyası yaradılır

20 Dekabr 2017 12:44

Hesablama Palatası üzvlərinin etik qaydalara əməl etməməsi məsələlərinə etika komissiyasında baxılacaq. Məlumata görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib. Qanun layihəsinin 29-cu maddəsində Hesablama Palatasının üzvlərinə və işçilərinə dair etik qaydalar aşağıdakı kimi təsnif olunub: Hesablama Palatası ali audit orqanlarının beynəlxalq standartlarına uyğun etik qaydalarını qəbul edir. Hesablama Palatasının üzvləri və işçiləri həmin qaydalara riayət etməlidirlər. Hesablama Palatasının üzvlərinin etik qaydalara əməl etməməsi məsələlərinə Hesablama Palatasının sədri tərəfindən yaradılan etika komissiyasında baxılır.

İnsanların klonlaşdırılması qanunla qadağan edilir

20 Dekabr 2017 12:42

Azərbaycanda insanın klonlaşdırılması qanunla qadağan olunur. Məlumatına görə, bu barədə yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində qeyd edilib.

Nazir: “Səhiyyə və təhsil sahəsində qadınların, tikinti və mədənçıxarmada kişilərin üstünlüyü özünü göstərir”

20 Dekabr 2017 12:41

“Azərbaycanda səhiyyə və təhsil sahəsində qadınların, tikinti və mədənçıxarmada kişilərin üstünlüyü özünü göstərir”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

İşçi kişilərin 36,5, qadınların isə 38,6 faizi ali təhsillidir

20 Dekabr 2017 12:38

"Əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisaslaşma səviyyəsi ilə bağlıdır”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Xarici işlər nazirləri Bakı Bəyənnaməsini imzaladılar

20 Dekabr 2017 12:36

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. “Olaylar” xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlunun üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.

Tolik Rəhim qalmaqalı QIZIŞIR: “Ağzımı açdırma...”

20 Dekabr 2017 12:34

Prodüser Tarix Əliyev sosial şəbəkədə Rəhim Rəhimlinin onun ünvanına dediyi sözlərə münasibət bildirib. O, instaqram hesabında Rəhimin cavabını verib: “Deyirəm, bu Rəhim də özünü şou-biznesdə böyük fiqur sayır. Mənə deyir ki, Tolik üç konsert edib. Ay “oçkili” oğlan, məni yanındakı çanta daşıyanlarla səhv saldın. Mən dövlət tədbirləri təşkil edəndə (düzüdür, sən heç vaxt dövlət tədbiri görməmisən, bundan sonra da görməyəcəksən)... Rəhim elə bilir ki, bu gün Aygün, sabah Röya…

Cavad Zərif: "Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirək"

20 Dekabr 2017 12:31

"Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir". Məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarovvə Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Prezidentin köməkçisi: "Bilik çatışmazlığını büdcədən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz"

20 Dekabr 2017 12:29

“Həm dövlətin, həm də vətəndaşların kənd təsərrüfatından, aqrar sektordan gözləntiləri həddən artıq çoxdur. Azərbaycan prezidenti tərəfindən aqrar siyasət dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, aqrar sahədə də sosial tərəfdaşlıq münasibətlərinin qurulması çox vacibdir”.

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib

20 Dekabr 2017 12:25

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib. Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 47 yaşlı Vüqar Əliyev terrorçuluqda və terrorçuların düşərgəsində təlim keçməkdə ittiham olunur. V. Əliyev Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Zaur ona brilliant üzük göndərən qadının adını açıqladı: Deyir, sevgini kişi kimi bəyan et

20 Dekabr 2017 12:21

Dünən doğum gününü qeyd edən Zaur Kamal hədiyyə baxımından korluq çəkməyib. Zaur "5/5"də ona hədiyyə göndərənlərin adını sadalayaraq bir-bir təşəkkürünü bildirib. Gələn hədiyyələrdən birini əlinə götürən Zaur "Deyir "Zaur, bu hədiyyə bir ay danışılacaq". Mənə dedilər ki, dəyəri 5 min manatdır" sözləri ilə ona gələn ən bahalı hədiyyəni tamaşaçıların önündə açmağa başlayıb.

“FHN polkovniki” pulları kimə verib?

20 Dekabr 2017 12:20

Bakı Apellyasiya Məhkəməsində özünü "FHN polkovniki" kimi təqdim edərək dələduzluq edən "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun məhkəməsi keçirilib. Hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. Anket məlumatları dəqiqləşdirildikdən iş baxışa verilib.

Binəli Yıldırım Naxçıvana gedir

20 Dekabr 2017 12:16

Türkiyənin baş naziri Binəli Yıldırım Naxçıvana gedir. Səfərin bu gün başlanması gözlənilir. Səfər çərçivəsində B. Yıldırım Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

20 Dekabr 2017 12:14

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanlı yazar və rejissorlar qaliblər arasında

20 Dekabr 2017 12:13

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, proqram çərçivəsində 2017-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq Malaziyanın Putrajaya, İranın Şiraz, Mərakeşin Fəs şəhərləri elan olunub, cari il ərzində bu şəhərlərdə beynəlxalq əməkdaşlığa təkan verən onlarla gənclər tədbirləri həyata keçirilib.