Gündəm
SOCAR və “Statoil” arasında müqavilələr imzalanıb
SOCAR Tower-də SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ''Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb.
Fərid Əsgərov 1-ci vitse-prezidenti təyin olunub
Azərbaycan Milli Karate Federasiyasının yeni 1-ci vitse-prezidenti təyin olunub. “OLAYLAR”-ın xəbərinə görə, bu vəzifəyə səsvermə nəticəsində Fərid Əsgərov təyin edilib. Onu federasiyanın kollektivinə təqdim edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AMKF-in hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən federasiyalardan biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb.
Təhsil İdarəsi məktəblilər arasında yarışlar keçirir
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında dama idman növü üzrə turnir keçirilib. “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə I-XI sinif şagirdləri iştirak edib.
Palçıqlı gölməçədən su içən balaca - Ürəkparçalayan FOTO
Argentinada çəkilən foto bütün dünyanın diqqətini çəkib. Fotoda təxminən 3,4 yaşı olan qızın dizləri üstə çökərək palçıqlı gölməçədən su içməsi əks olunub.
Səudiyyə Ərəbistanı toyu vaya döndərdi: 10 nəfər öldü, gəlin yaralandı - VİDEO
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın gerçəkləşdirdiyi hava zərbələri nəticəsində Yəməndə 10 qadın və 2 azyaşlı qız həlak olublar. Faciə Yəmənin paytaxtı Sənadan şərqdəki Mərib vilayətində yaşanıb. Səudiyyə Ərəbistanının 2 qırıcı-bombardmançı təyyarəsi toy karvanını raket atəşinə tutub. Yaralılar arasında gəlin də var.
Prezident İlham Əliyev xalq rəssamı Ömər Eldarova "Heydər Əliyev" ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də xalq rəssamı, heykəltəraş Ömər Eldarova "Heydər Əliyev" ordenini təqdim edib.
Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.
İran nə istəyir: Bakı ilə qazanc, yoxsa İrəvanla fiasko?
Yaxın Şərqdə hərbi-siyasi, eyni zamanda geosiyasi üstünlük qazanmaq istəyən İran şimalda daha çox iqtisadi-ticarət layihələri ilə öz təsirini artırmağa çalışır və Ermənistan burada Rusiyanın siyasi forpostu olduğu kimi, İranın da iqtisadi-ticarət forpostuna çevrilməkdədir.
Bu polislər attestasiyadan azad olunur - Siyahı
Azərbaycanda daxili işlər orqanlarında attestasiyadan azad edilən əməkdaşların kateqoriyası müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nda əksini tapıb.
Saakaşvilinin Poroşenkoya məktubu - Sensasiyalı mətn
Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkoya yazdığı yeni açıq məktubun mətnini ictimaiyyətə təqdim edib. O, məktubun mətnini öz Feysbuk səhifəsində yerləşdirib. “Son günlərin hadisələri məni məcbur edir ki, sizə açıq məktub yazım. Bizim münasibətlərimiz dostluqla başladı. Lakin bu gün elə bir vəziyyət yaranıb ki, biz sizinlə barrikadanın fərqli tərəflərindəyik. Təkcə siyasi yox, deyərdim ki, hətta dünyagörüş baxımından da fərqli yerlərdəyik. Anlayıram ki, bu məktubun bizim münasibətlərimizdə nəsə dəyişdirə biləcəyi çox çətindir.
5,2 bal gücündə zəlzələ
Çində 5,2 bal gücündə zəlzələ baş verib. Olaylar.az bildirir ki, yeraltı təkanın episentri ölkənin cənubunda Tibet bölgəsində, yerin 26 km dərinliyində qeydə alınıb.
Sorğu: Respondentlərin 91,4%-i Prezident İlham Əliyevin siyasətini dəst
"ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb. "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova bu gün həmin sorğunun nəticələrini açıqlamaq üçün keçirdiyi mətbuat konfransında bildirib ki, bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik tendensiyalarını müəyyən etməklə, proqnozların verilməsi və təkliflərin hazırlanmasına imkan yaradır.
Avropa üçün bomba XƏBƏRDARLIĞI - Müsəlmanlar “köhnə qitə”ni ƏLƏ KEÇİRƏCƏK
“Miqrasiya böhranı Avropa İttifaqı üçün gec açılan, həm də kifayət qədər qısa bikford ipi ilə açılan bombadır”. Bu xəbərdarlıqla Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Vladimir Çijov çıxış edib. “Bu bombanı Avropa İttifaqının özü hazırladı”, - diplomat deyib.
“8-ci km bazarı”nda qanlı olay
Paytaxt Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, insident paytaxtın Nizami rayonunda, “8-ci km bazarı”nın yanında qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Balaxanı qəsəbəsində növbəti sosial layihə həyata keçirilir
İqtisadiyyat Nazirliyi ilə Fransanın "CNIM S.A." şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilən sosial layihə çərçivəsində "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min m² təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparılır və asfalt örtüyü yenilənir. İqtisadiyyat Nazirliyindən “Olaylar2a verilən məlumata görə, yolların bərpasında asfaltın alt qatında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində yaranan 460 tondan çox dib külündən istifadə olunub.














