Fərid Əsgərov 1-ci vitse-prezidenti təyin olunub

Azərbaycan Milli Karate Federasiyasının yeni 1-ci vitse-prezidenti təyin olunub. “OLAYLAR”-ın xəbərinə görə, bu vəzifəyə səsvermə nəticəsində Fərid Əsgərov təyin edilib.   Onu federasiyanın kollektivinə təqdim edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AMKF-in hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən federasiyalardan biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb.

Azərbaycan Milli Karate Federasiyasının yeni 1-ci vitse-prezidenti təyin olunub. "OLAYLAR"-ın xəbərinə görə, bu vəzifəyə səsvermə nəticəsində Fərid Əsgərov təyin edilib.   Onu federasiyanın kollektivinə təqdim edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AMKF-in hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən federasiyalardan biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb. O, olimpiya növü olan karatedə yeni uğurlar qazanmağın vacib olduğunu və F.Əsgərovun bu təyinatının qarşıdakı yeni zəfərlərə müsbət təsir göstərəcəyinə inandığını deyib. 
Ona göstərilən etimada görə təşəkkürünü bildirən yeni 1-ci vitse-prezident Fərid Əsgərov kollektivlə uğurlu əməkdaşlığa və qarşıya qoyulan hədəflərə birgə səylə çatacaqlarına ümid etdiyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31