Yardımlıda səyyar tibbi müayinə təşkil olunub- ÖZƏL

Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə rayonun Qaraqaya kəndində səyyar tibbi müayinə təşkil olunub. "Olaylar" xəbər verir ki,  müayinədə terapevt, cərrah,ginekoloq və pediatr iştirak edərək kənd sakinlərini müayinə edib, onların sağlamlıq vəziyyətini qiymətləndiriblər.
Müayinələr zamanı vətəndaşların müraciətləri dinlənilib, sağlamlıq problemləri ilə bağlı tibbi məsləhətlər verilib, zərurət yarandıqda isə əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirmələr aparılıb.
Tədbir kənd sakinləri tərəfindən məmnunluqla qarşılanıb və onların tibbi xidmətlərdən daha rahat şəkildə yararlanmasına şərait yaradıb. Bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31