Rusiyanın Ermənistana qaz ixracını dayandırması nə vəd edir?- ÖZƏL

"Rusiyanın Ermənistana qaz ixracını dayandırması Nikol Paşinyanın daxildə mövqeyini kifayət qədər gücləndirir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Moskva bunu Ermənistanı cəzalandırdığı üçün tətbiq edir. N. Paşinyan bundan istifadə edərək Rusiyadan uzaqlaşmaq üçün ciddi arqumentləri ilə daxili publikanı öz tərəfinə çəkir. 

Gələn ildən Azərbaycanın Ermənistana qaz ixracı mümkün ola bilər. İki ölkə arasında hazır boru kəməri var. Rusiyanın Cənubi Qafqazdan getməsi Ukrayna müharibəsinin gedişatından asılı olacaq. Rusiya Ukraynada qələbə əldə edərsə, regiona qayıtmaq üçün müxtəlif üsullara əl atacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31