Təhsil İdarəsi məktəblilər arasında yarışlar keçirir

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında dama idman növü üzrə turnir keçirilib.  “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə keçirilən turnirdə I-XI sinif şagirdləri iştirak edib.

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında dama idman növü üzrə turnir keçirilib.  "OLAYLAR"-a Təhsil İdarəsindən bildirilib ki, BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə keçirilən turnirdə I-XI sinif şagirdləri iştirak edib. Turnirin nəticəsinə görə, 5 nömrəli tam orta məktəbin komandası (Umudov Məhəmməd, Umudov Kamran, İsmayılov Vüsal, Musayev İsa, Abdullayeva Ləman, İsmayılova Fəridə) I, Zərifə Əliyeva adına Liseyin komandası (Məmmədzadə Uğur, Abdullayev Tərlan, Vəliyev Amil, Əhmədov Əziz, Mirzəyeva Şəbnəm, Abbaslı Leyla) II, 323 nömrəli tam orta məktəbin komandası (Rəsulov Simran, Məmmədov Qadir, Əlişov Məhəmməd, Heydərli Məhəmməd, Babazadə Aydan, Qurbanova Aytən) isə III yerə layiq görülüb.

Yarışda I, II və III yerləri tutan komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31