SOCAR və “Statoil” arasında müqavilələr imzalanıb

SOCAR Tower-də SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ''Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb. 

SOCAR Tower-də SOCAR prezidenti Rövnəq Abdullayev və "Statoil" şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, chr("39")chr("39")Qarabağchr("39")chr("39") yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb. 

SOCAR prezidenti Rövnəq Abdullayev və "Statoil" şirkətinin baş vitse-prezidenti Al Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanıb. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə "Qarabağ" neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31