İşçi kişilərin 36,5, qadınların isə 38,6 faizi ali təhsillidir

"Əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisaslaşma səviyyəsi ilə bağlıdır”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

"Əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisaslaşma səviyyəsi ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydə alınmış muzdlu işçilərin 37,5 faizi, o cümlədən kişi işçilərin 36,5 faizi, qadın işçilərin isə 38,6 faizi ali təhsillidir: "Muzdla işləyənlərin 37,5 faizi ümumi orta təhsilli, 22,3 faizi orta ixtisas təhsilli, 2,7 faizi ilk peşə-ixtisas təhsilli olanlardır. Ölkə iqtisadiyyatında müasir meyllər peşə təhsili qarşısında yeni tələblər irəli sürür və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara yaranan tələbi ödəmək vəzifəsini ön plana çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" də ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31