Ermənistan ordusunun Azərbaycan ərazisindəki mövcudluğu erməni ölümlərinin əsas mənbəyidir
Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyanın işğalçı ölkənin Təhlükəsizlik Şurasının toplantısını çağırması barədə məlumat vermişdik. Xəbərdə o da qeyd edilmişdi ki, Ermənistan Təhlükəsizlik Şurasının toplantısı cari ilin son günləri üçün nəzərdə tutulsa da, lakin Sərkisyan həmin toplantının vaxtından əvvəl çağırılmasını məqsəduyğun hesab edib.
20 Dekabr 2017 12:45 SiyasətMübariz Əhmədoğlu: "Sərkisyan işğalçı Ermənistan ordusunda ölümlərdə maraqlıdır"
Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyanın işğalçı ölkənin Təhlükəsizlik Şurasının toplantısını çağırması barədə məlumat vermişdik. Xəbərdə o da qeyd edilmişdi ki, Ermənistan Təhlükəsizlik Şurasının toplantısı cari ilin son günləri üçün nəzərdə tutulsa da, lakin Sərkisyan həmin toplantının vaxtından əvvəl çağırılmasını məqsəduyğun hesab edib. Buna səbəb isə işğalçı ölkə prezidentinin Qarabağa növbəti qeyri-qanuni səfəri zamanı arzuedilməz situasiya və informasiyalarla qarşılaşmasıdır. Belə ki, Ermənistan prezidentinə işğal altında olan ərazilərdə keçirdiyi hərbi müşavirə zamanı məlumat verilib ki, cəbhədə ölüm hallarının artması və Azərbaycan Silahlı Qüvvələrinin keçən ilin aprelindəki uğurlu hərbi əməliyyatından sonra erməni ailələr övladlarının işğal altında olan Azərbaycan ərazilərində hərbi qulluq keçməyə göndərmir. Bu səbəbdən orduda əsgər çatışmamazlığı hiss edilir. Həmçinin Ermənistan ordusunda olan özbaşınalıq, əsgərlərlə hərbi hissə rəhbərliyinin qeyri-insani davranışı da nəticədə erməni əsgərlərinin ya özünü intihar, ya da fərarilik hallarına yol verməsi ilə nəticələnir ki, bu da Sərkisyanı ciddi narahat edən məsələlərdəndir və bu səbəbdən Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclasını vaxtından əvvəl çağırıb. Elə sözügedən iclasda da əsas müzakirə mövzusu Ermənistan ordusunda olan mövcud durum, hərbi hissələrdə baş verən qanun poizuntularının aradan qaldırılması olub. Ermənistan Təhlükəsizlik Şurasının iclasında orduda vəziyyətin normalllaşdırılması məqsədilə bir sıra təkliflər də səsləndirilib. Bir faktı da qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının iclasından sonra yerli televiziyaya müsahibə verən işğalçı ölkənin prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın yeni mövqeyini açıqlayıb.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da sözügedən məsələyə diqqət çəkərək bildirib ki, Azərbaycan ərazisində Ermənistanın işğalçı ordusunda baş vermiş ölümlərin statistikasının təhlili ortalığa maraqlı nəticələr qoyur. Onun sözlərinə görə, 2017-ci ilin on ayı ərzində Ermənistan ordusunda 56-60 arası ölüm halı baş verib. Bunlardan yalnız 12-si və ya 15-ini Azərbaycan hərbçiləri öldürüblər: "Qalan 41-44 nəfər qeyri-döyüş itkisidir". Mübariz Əhmədoğlu deyib ki, Ermənistan ordusunda baş verən nizamnamədən kənar hərəkətlər və kriminallıq Azərbaycan ordusunun öldürdüyündən təxminən 4 dəfə çox erməni öldürüb: "Həmin ölümlərə görə 10 nəfər erməni hərbçiləri həbsdədirlər. Bu 10 nəfəri də itkilər siyahısına əlavə etsək, statistika daha dəhşətli alınır. İşğalçı Ermənistan ordusunda son ölüm hadisəsi olan N.Adibekyanın xidmət yoldaşı tərəfindən öldürülməsi bütövlükdə erməni cəmiyyətinin daxilində mənəviyyatsızlıq və sivilizasiya uçurumunun olduğunu göstərir. Tərcümeyi-halından N.Adıbekyanın "küçə uşağı" olmadığı bəlli olur; O, Rusiya Federasiyası vətəndaşıdır, Rusiyada hərbi xidmətini çəkib. Ermənistana isə ali təhsil almağa gəlibmiş. Dərhal orduya aparıblar və öldürülüb". Politoloqun sözlərinə görə, Serj Sərkisyan beynəlxalq ictimaiyyəti inandırmaq istəyir ki,orduda itkilər olmayacaq: "Nonsensdir. Hər il buna bənzər statistika var. Gələcəkdə statistika daha da pisləşəcək. İşğalçı Ermənistan ordusunda baş verənlər fonunda prezident Serj Sərkisyanın dediklərindən çıxan nəticələrə diqqət yetirək. Serj Sərkisyan işğalçı Ermənistan ordusunda ölümlərdə maraqlıdır, ermənilərin ölümü Ermənistan ordusunun Azərbaycan ərazisində qalmasının əsas səbəbidir. Serj Sərkisyan yalnız bu qaydada özünün hakimiyyətini uzada bilər. Hər halda on illik prezidentliyi dövründə Serj Sərkisyan görünür, daha bir rekord vurmaq istəyir. Onun prezidentliyi dövründə Ermənistanı tərk edənlərin sayı və Ermənistanın xarici borcu tarixi maksimumdadır. Ermənistan ordusu qeyri-döyüş itkilərinə görə də tarixi maksimumu əldə edə bilər".
Məhəmməd