Gündəm

“Rəqs et!” layihəsinin təqdimatı keçirildi

20 Dekabr 2017 13:21

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutan “Rəqs et!” layihəsinin təqdimatı keçirilib.

XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək 

20 Dekabr 2017 13:16

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluAzərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

Nazir: “Memarlar elə etməlidir ki, qədim tariximiz müasirliyin qarşısında simasını itirməsin”

20 Dekabr 2017 13:13

“Memarlar İttifaqı geniş ictimai rəyin formalaşmasında öz sözünü deməlidir. Gəncliyin memarlıq abidələrinə, tarixi və yeni binalara doğma münasibətinin aşılanması istiqamətində xüsusi iş aparılmalıdır”.

Nazir: "Məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir"

20 Dekabr 2017 13:12

"Astana prosesi Suriyada atəşin dayandırılması baxımından böyük rol oynayıb. Bu faydalı prosesi davam etdirəcəyik". Məlumata görə, bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Memarlar İttifaqı: 29 min manatdan artıq üzvlük haqqını ödəməyənlər arasında vəzifəli şəxslər də var

20 Dekabr 2017 13:09

“Memarlar İttifaqının maliyyə fəaliyyətində bəzi layihə təşkilatlarından müqavilə əsasında ödənişlərin tam ödənilməməsinə görə göstərilən dövrdə 95750 manat debitor borcları yaranıb. Hazırda ittifaqın 503 üzvü var. Bunlardan 105-i işləməyən təqaüdçü olduğuna görə üzvlük haqqından azad edilib. Təəssüflə bildirməliyik ki, ittifaqın bəzi üzvləri nizamnaməni pozaraq üzvlük haqqını uzun müddətdir ödəmirlər. Təəccüblüsü budur ki, onların arasında vəzifəli şəxslər də var. 1 yanvar 2017-ci il tarixinə Memarlar İttifaqının 76 üzvü, o cümlədən 8 işləyən təqaüdçü tərəfindən 2006-2016-cı illərdə 29387 manat üzvlük haqqı ödənilməyib”. 

Deputat Qalib Salahzadənin oğlu 3 il müddətinə azadlıqdan məhrum edilib

20 Dekabr 2017 13:06

Nəsimi Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Əlihüseyn Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İdlibə növbəti hava hücumu – Həlak olanlar var

20 Dekabr 2017 13:04

Suriyanın Türkiyə ilə həmsərhəd olan İdlib şəhərinin Maarşurin kəndinə təşkil edilən hava hücumu zamanı azı 17 nəfərin həlak olduğu açıqlanıb. Olaylar.az bildirir ki, İdlib Mülki Müdafiə idarəsinin direktoru Mustafa Həcc Yusuf açıqlamasında 35 nəfərin ağır yaralandığını söyləyib.

İraq və Suriyada İŞİD-in üç əsas rəhbəri məhv edildi

20 Dekabr 2017 13:04

Beynəlxalq koalisiya qüvvələri son üç həftə ərzində İraq və Suriyada İŞİD terror qruplaşmasının üç rəhbərini məhv edib. Bu barədə koalisiyanın məlumatında bildirilir.

2019-cu ildə Azərbaycanda əhalinin sayı 10 milyon nəfərə çatacaq

20 Dekabr 2017 13:02

Azərbaycan əhalisinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Qurban Qurbanov köməkçi-məşqçilərin adlarını açıqladı

20 Dekabr 2017 12:59

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov köməkçilərini müəyyənləşdirib. Bu barədə 45 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib.

Çavuşoğlu: "Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca münasibətlərin normallaşması mümkün deyil"

20 Dekabr 2017 12:58

Ermənistan bizim şərtimizi yerinə yetirməyincə, Azərbaycan torpaqlarından çıxmayınca münasibətlərin normallaşması mümkün deyil. Bunu Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluAzərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

Əsəd: "Terroru dəstəkləyən sizsiniz"

20 Dekabr 2017 12:54

Suriya dövlətinin prezidenti Bəşər Əsəd Fransaya qarşı sərt sözlər bəyan edib. Əsəd Fransanın sülhlə bağlı danışmağa haqqının olmadığını bildirib: "Fransa terrora dəstək verdi və əli ilk gündən bəri Suriyadakı qana bulaşdı. Terroru dətəkləyənlər sülh haqqında danışa bilməzlər".

Arvadının başını kəsən xaricə qaşmaq istədi

20 Dekabr 2017 12:50

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Məlumata görə, hadisə Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğaznı kəsib. Qadın hadisə yerində ölüb. Bıçaqla həyat yoldaşının başını kəsən R.Çəltikov hadisə yerindən qaçıb və ölkəni tərk edərkən tutulub. Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.

Payız sessiyası dekabrın 29-da sona çatacaq

20 Dekabr 2017 12:48

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclasının keçirilməsi gözlənilir. Məlumata görə, iclasda bir sıra qanunlara əlavə və dəyişikliklər təsdiqləndikdən sonra, sonda Milli Məclis adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlanacaq. Bununla da Milli Məclis payız sessiyasının bitdiyi elan ediləcək.

Deputatlarla jurnalistlər meydanda qarşılaşacaqlar

20 Dekabr 2017 12:46

Dekabrın 22-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalıistləri arasında futbol yarışı keçiriləcək. Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.