“Rəqs et!” layihəsinin təqdimatı keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutan “Rəqs et!” layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli" İctimai Birliyinin və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutan "Rəqs et!" layihəsinin təqdimatı keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Elvin Səhətbəylinin rəhbərliyi ilə həyata keçirilən "Rəqs et!" layihəsi Azərbaycanda yerli və beynəlxalq rəqslərin təbliğinə yönələn bir layihədir. Layihə çəçivəsində müxtəlif rəqslərdən ibarət olan video çarx ərsəyə gətirilibdir. "Rəqs et!" layihəsinin ana hədəfi yaradıcı gənclərin cəmiyyətə tanıdılmasıdır. Bundan irəli gələrək "Rəqs et!" layihəsi çərçivəsində yerli və əcnəbi gənclərin iştirakı ilə 10 müxtəlif rəqslər lentə alınıb.

Qeyd edək ki, layihənin ünvanlandığı əsas hədəf kütləsi rəqs sahəsində istedadı olan yaradıcı gənclərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31