Gündəm
15 gün ərzində 151 akt və protokol tərtib olundu
Dekabrın 1-15 tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Kəmaləddin Heydərov Oğuzda qəbul keçirəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 dekabr 2017-ci il tarixində Oğuz şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Hər hansı böhran şəraiti peşəkar PR-çılar üçün həqiqi fürsətdir
Son vaxtlar dəyişən situasiya, inkişaf edən texnologiyalar fonunda PR işi də təkmilləşdirilir, inkişaf edir. Artıq sözün həqiqi mənasında bu istiqamətdə sağlam bir rəqabət hiss olunur. Bəs, PR işinin daha düzgün, səmərəli qurulması üçün hansı addımlar atmaq lazımdır? Bu və ya digər suallarlı "AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova cavablandırır.
Nazir: “İki gün də danışıq aparmağa razıyam, əsas odur nəticə olsun”
“Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var”.
"Yeni İl bayramında bizi gözləyin!" - İŞİD hədələdi
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Qərbi Avropa ölkələri və ABŞ-da sosial şəbəkələrdə yeni xəbərdarlıq plakatları paylaşıb.
İtlər sahibini yedi
Amerikanın Vircinya 22 yaşlı Bethany Stephensə aid cəsəd aşkarlanıb. Olaylar.az bildirir ki, ilk öncə itgin düşən qızın öldürüldüyü düşünülürdü. Lakin daha sonra Bethany Stephensi öz itləri tərəfindən parçalanaraq qətlə yetirildiyi məlum olub.
Məşhur taksi şirkətinin sürücüsü avtomobilində yuxuya gedən diplomatı zorlayıb, öldürdü - TƏFƏRRÜAT
Bu sözləri Livanda magistral yolunun yaxınlığında cəsədi tapılan Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes-in (Rebekka Dayks) qatili məhkəməsində "Sən insansan?" sualına cavab verərkən deyib.
Qısqanc ər arvadını döydü, fotolarını internetdə yaydı - FOTO
Moskvada, Qızıl Meydanda çəkilmiş foto Anastasiya Ovsyannivovanın və Maksim Qribanovun son romatik görüntüləridir. Video ilə fotoları Anastasiyanın rəfiqəsi Yuliya çəkmişdi. Yuliya indi həmin görüntüləri Anastasiya haqqında ən parlaq xatirələri kimi göstərir.
Bakıda çin malları brend adı ilə satılır: 12 manatlıq geyim 68 manata - VIDEO
Bakıda bəzi ticarət mərkəzlərində, mağazalarda 12 manatlıq geyim 5 dəfə baha satılır. Paytaxtda adi dərzilərin tikdiyi paltarların üzərinə dünyanın məşhur markalarının etiketini vuraraq mağazalarda satırlar.
Mənzil alan zaman nələrə diqqət yetirilməlidir?
Uzun müddətdir ki, Azərbaycanda tikinti şirkətləri tərəfindən mənzillərin bir neçə şəxsə satılması halları müşahidə olunmaqdadır. Artıq belə qanunsuz əməllərlə bağlı həbs edilən çoxsaylı şirkət rəhbərləri var. Baş Prokurorluğun yaydığı məlumata görə, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
İnternet üzərindən narkotiklərin satışı halları artır
Günümüzdə bəşəriyyətin üzləşdiyi problemlərdən biri də narkomaniya, narkotik vasitələrə aludəçilikdir. Beynəlxalq səviyyədə bu mənfi tendensiyaya qarşı nə qədər mübarizə aparılsa da, lakin sözügedən problemi tam aradan qaldırmaq, narkotik aludəçilərinin sayını azaltmaq o qədər də asan baş vermir. Bunun isə başlıca səbəblərindən biri narkomaniyaya qarşı mübarizə ilə paralel şəkildə narkotacirlərin də daha çox insanı öz torlarına salmaq üçün addımlar atmasıdır. Belə ki, hər il narkomaniyaya qarşı daha effektli mübarizə və yeni yanaşma ortaya qoyulduqca, narkotacirlər də məhz bu yeni yanaşma və mübarizə metoduna təsir göstərə biləcək üsul və vasitələrdən istifadə edirlər.
İnsanların canını səssiz alan kabus
Qış mövsümü ilə əlaqədar olaraq dəm qazından zəhərlənmə və qaz sızması nəticəsndə partlayış hallarının sayı artıb. Xüsusən, son günlər dəm qazından zəhərlənmə nəticəsində ölüm hallarının baş verməsi narahatçılıq doğurur. Rəsmi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında xəstəxanaya dəm qazından zəhərlənmə ilə bağlı 273 nəfər müraciət edib.
Metroda cibgir saxlanıb
Dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
“Sahil” stansiyasında yeni eskalatorlar quraşdırılacaq
Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir. Metropolitenin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq.
Yollarda hərəkət qismən məhdudlaşdırılır
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən üfiqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Bu barədə məlumat “OLAYLAR”-a adıçəkilən agentlikdən verilib. Bildirilib ki, məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq. Bundan başqa bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.














