Kəmaləddin Heydərov Oğuzda qəbul keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 dekabr 2017-ci il tarixində Oğuz şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 dekabr 2017-ci il tarixində Oğuz şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. FHN-dən "Olaylar"a verilən məlumata görə, qəbulda yalnız Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşların qeydiyyatı Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında 21 dekabr 2017-ci il tarixində saat 09.00-da başlayacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31