Gündəm
Azərbaycanda evlənmək istəyən hər 8 kişidən birinə qız çatmayacaq
Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.
Xarici işlər nazirlərinin Bakı Bəyannaməsinin mətni açıqlandı
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin mətni açıqlanıb. Bu haqda “Olaylar”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin beşinci üçtərəfl görüşü dekabrın 20-də Bakı şəhərində keçirilib. Nazirlər xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar Bəyannaməsindəki öhdəliklərini vurğulayıbar; Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər;
Yağış, qar yağacaq
Sabah, dekabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
“Müharibə hələ bitməyib, Rusiya...” - Amerikalı polkovnik qorxunc PLANI AÇIQLADI
ABŞ Suriya hakimiyyətini İSİD terror təşkilatı ilə təhdid etməyə davam edir. ABŞ Müdafiə Nazirliyində (Pentaqon) telekonfrans vasitəsilə Suriya və İraqdakı vəziyyət barədə jurnalistlərin suallarını cavablandıran İŞİD-lə mübarizə üzrə qərb koalisiyasının sözçüsü polkovnik Ryan Dillon terror təşkilatının Dəməşqə doğru irəlilədiyini bildirib.
Direktorla aktyorun məhkəməsi başlayır
Bu gün İrəvan Dövlət Dram Teatrından qanunsuz şəkildə çıxarıldığını iddia edən tanınmış aktyor Əjdər Zeynalov və adıçəkilən teatrın direktoru İftixar Piriyevin məhkəmə prosesi baş tutacaq. Bu barədə aktyorun vəkili Adəm Orucov məlumat verib.
Azərbaycanda oğlanlar evlənməyə qız tapa bilməyəcək - Ekspertdən SOS
Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.
Türkiyə Ermənistana şərtlərini açıqladı
“Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimizi normallaşdıracağıq”. “Olaylar” xəbər verir ki, bu sözləri Bakıda azərbaycanlı və iranlı həmkarları ilə birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.
Başqasının arvadına göz dikənlər...
Kəklikotu çiçəyi ilə dəmlənmiş çaydan adama bir-iki qurtum içib isinəndən sonra dostum üzünü mənə tutub, acizanə şəkildə xahiş etdi: “Müəllim, bu uşağın başına ağıl qoy. Tay-tuşlarının içərisində bundan başqa hamı evlənib. Nə qədər çalışırıqsa, yola gətirə bilmirik...”
Könül Xasıyevanın səhhəti yenidən pisləşdi
Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək. Bu barədə Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.
İtkin düşən bacı-qardaş 4 aydan sonra tapıldı
Polis itkin düşən bacı-qardaşı 4 aydan sonra tapdı. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.
BMT-nin Baş Assambleyasının təcili iclasında Qüdsün statusu müzakirə ediləcək
BMT-nin Baş Assambleyasının dekabrın 21-nə planlaşdırılan təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarını müzakirə ediləcək. “Interfaks” xəbər verir ki, iclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə keçiriləcək.
Bu il 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
Cari ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirlər Dövlət Miqrasiya Xidmətinin Şəmkir rayonunda keçirdiyi maarifləndirici tədbirdə səsləndirilib. Bildirilib ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən layihıələr həyata keçirilib. Beləliklə, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib.
Nazir: “Pensiya və müavinətlərin ödənişi ilin sonunadək başa çatacaq”
"Bu ilin sonunadək bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, proses qrafikə uyğun gedir: “Bu gün işğal altında olan rayonların və böyük şəhərlərdə yaşayan pensiyaçıların pensiyalarının ödənilməsinə başlanıb. Müavinətlərlə bağlı dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açılıb.
Üç fakt üzrə dörd mindən çox pirotexniki vasitə aşkar edilib
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar olunub.














