İtkin düşən bacı-qardaş 4 aydan sonra tapıldı
Polis itkin düşən bacı-qardaşı 4 aydan sonra tapdı. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.
20 Dekabr 2017 14:16 SosialPolis itkin düşən bacı-qardaşı 4 aydan sonra tapdı. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar. Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan ŞPŞ-nə müraciət edib. Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.