Bu il 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
Cari ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirlər Dövlət Miqrasiya Xidmətinin Şəmkir rayonunda keçirdiyi maarifləndirici tədbirdə səsləndirilib. Bildirilib ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən layihıələr həyata keçirilib. Beləliklə, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib.
20 Dekabr 2017 14:03 SosialCari ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər Dövlət Miqrasiya Xidmətinin Şəmkir rayonunda keçirdiyi maarifləndirici tədbirdə səsləndirilib. Bildirilib ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən layihıələr həyata keçirilib. Beləliklə, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib.
Elə həmin gün Şəmkirdə DMX tərəfindən səyyar xidmət də həyata keçirilib. Müraciət edən 21 şəxsə səyyar xidmət göstərilib. Onlardan 2 nəfərə müvəqqəti yaşama icazəsi vəsiqəsi, 13 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə arayışlar verilib, 6 nəfərin müxtəlif məzmunlu müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb.