Gündəm
Yunanıstanda qaçqın düşərgəsində dalaşdılar - SƏBƏB?
Yunanıstanın Lesbos adasındakı qaçqın düşərgəsində kütləvi dava baş verib. Məlumata görə, 6 saat davam edən toqquşma nəticəsində azı 15 nəfər xəsarət alıb.
“Aİ-nin bu mövqedə nə dərəcədə israrlı olacağını sınaqdan keçirmək vacibdir”
“Ermənistan danışıqlar prosesindən qaçırdı və çalışırdı ki, danışıqlar cəbhə xəttindəki vəziyyətin qorunub saxlanmasına xidmət etsin. Təbii ki, Azərbaycan buna razılaşmırdı”.
“İsrail və Fələstin münaqişəni özləri həll etməlidir”
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İsrail-Fələstin münaqişəsində vasitəçilik etməyə hazırdır, lakin tərəflərin özləri müstəqil olaraq danışıqlar aparmalıdırlar.
Savçenko Ukraynada ədalətli seçkilərə inanmır
Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko ölkəsində ədalətli prezident seçkilərinə inanmır. Savçenko bu haqda “News One”-a müsahibə verib. O, bildirib ki, parlamentdəki situasiya seçkilərin saxtalaşdırılacağını göstərir. Savçenko bildirib ki, onlarla mübarizə aparmaq üçün seçki məlumatlarını Ukrayna Mərkəzi Seçki Komissiyasına göndərəcək bir sistem lazımdır.
Əli Həsənov: “Financial Times”ın iddiaları anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov“The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirib.
“Grand Hospital” boykot edilir: pasiyent qıtlığı
Son 15 gündə 2 pasiyentin ölümü ilə gündəmə gələn “Grand Hospital” həmişəki kimi fəaliyyətini davam etdirir. Amma son olaylar klinikaya müraciət edənlərin sayına ciddi təsir edib.
BMT-dəki səsvermədə Bakı doğru etdi – Ukraynadan mesaj
Belarusun BMT-də Krımda insan haqları ilə bağlı qətnamənin əleyhinə səs verməsi doğru deyil. Bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat İrina Geraşenko paylaşıb.
İki rayonun polis rəisi dəyişdi
Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.
Prezident İlham Əliyev Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarını təbrik edib.
Anar susqunluğunu pozdu - Qalmaqallı gecənin sirrini açdı
Əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal arasında "Altın kelebek" mükafatlandırma gecəsində başlayan qalmaqal səngimək bilmir. Hər iki tərəf baş verənlərdə bir-birini günahlandırır. Gecədə yaşananların tək şahidi olan adı tez-tez hallanan stilist Anar Ağakişiyev isə heç bir münasibət bildirmirdi.
Namiq Qaraçuxurluya səhnəyə çıxmağa qadağa qoyuldu - AÇIQLAMA - VİDEO
"Namiq Qaraçuxurlunun ayağındakı sınıq açıq sınıq idi. Yəni sümük açıqda idi. Bu da həmin bölgədə infeksiya olma ehtimalını artırır. Bu da gələcəkdə yara və ya daha da böyük problemlərə gətirib çıxara bilər. Əsas şikayəti ondan ibarətdir, amma normal, tez-tez görünən bir sınıqdır. Digər bir səbəbsə həm iç, həm də çöl tərəfdən sındırması olub. Əməliyyatda elə də bir problem olmadı".
Bizim üçün önəmli olan ilk növbədə ölkəmizin maraqlarıdır
“ABŞ prezidenti Donald Trampın ölkəsinin səfirliyini Qüdsə köçürmək niyyətindən sonra yaranmış vəziyyətlə bağlı diskussiya bitmir ki, bitmir. Bir hissə deyir ki, İsrail bizə dost dövlət olduğundan bu məsələdə onun maraqlarına uyğun hərəkət etməliyik, digərləri isə din təəssübkeşi kimi çlxış edərək ərəblərin yanında yer almağa çağırırlar”.
Müəllim və valideynlərin qəbulu keçiriləcək
Dekabrın 22-də paytaxtın Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
60 yaşlı müğənni tanınmaz halda - Fotolar
Uzun müddətdir ki, efirlərdən uzaq gəzən türkiyəli müğənni Zerrin Özer xarici görünüşü ilə hər kəsi təəccübləndirib. O, "Moon Life” jurnalının təşkil etdiyi mükafatlandırma gecəsinə qatılıb. Tədbirə gələn Zerrini görənlər tanımaqda çətinlik çəkib. Xeyli çəki atan və üzündə dəyişiklik etdirən sənətçi fotolarını instaqramda paylaşıb.
Boğazı kəsilərək öldürülən tələbə qızın qatili ilə görüntüləri yayıldı - Video
Türkiyənin İzmir şəhərinin Bornova ərazisində gənc tələbə xanım tanış olduğu oğlan tərəfindən boğazı kəsilərək öldürülüb. Hadisə dünən saat 06:00-da İnönü məhəlləsində yerləşən evdə baş verib. Universitet tələbəsi olan Zülal Tütüncü tələbə olan Gökhan Öztürklə barda tanış olub. Qıza daha sonra Öztürkün evinə gedib. Spirtli içki qəbul etdikdən sonra Öztürkün Zülal Tütüncü ilə arasında mübahisə yaranıb. Baş verən münaqişədən sonra isə Öztürk qızı boynundan bıçaqlayaraq öldürüb. Daha sonra isə polisə zəng edərək təslim olub.














