Gündəm
Gənclər narkomaniya əleyhinə maarifləndirilir
Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə keçirlən tədbir tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin məsul əməkdaşları, Bakı şəhər Narkoloji Dispanserin həkimi mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.
“Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib
20 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib.
Daha bir daşıyıcı şirkət istehsalat bazası yaradıb
Bakı Nəqliyyat Agentliyinin istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən daha bir belə müəssisə istifadəyə verilib. BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, “Ayşən LTD” şirkətinə məxsus istehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə 119 ədəd avtobusa xidmət edir. Bazada avtobuslara zəruri texniki quluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədi ilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb.
Avropa İttifaqının dəstəyi ilə Sabirabadda ictimai məlumatlandırma sessiyası keçirilib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində Sabirabad rayonunda bələdiyyə-icra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə yerli icra hakimiyyəti-bələdiyyə və ictimai təşkilatların nümayyəndələrinin iştirakı ilə 16 dekabr 2017-ci il tarixdə ictimai məlumatlandırma sessiyası keçirib.
"Mən ondan imtina edəcəm" - Əməkdar artist oğluna SON XƏBƏRDARLIQ ETDİ
ARB telekanalının "Səhər-Səhər" verilişində aktyor Rəhman Rəhmanov və həbsdən yenicə azadlığa çıxan Emil Rəhmanov maraqlı etirafları ilə diqqət çəkiblər.
Aksiya zamanı 5 nəfər öldü, 93 nəfər yaralandı
İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmurun maaşların ödənilməməsi və korrupsiyaya etiraz olaraq keçirdikləri aksiyada baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 93 nəfər yaralanıb.
İranın Ermənistan sevgisi
Hər zaman İslam həmrəyliyini əlində bayraq edən, lakin əməlində bu həmrəyiikdən əsər-əlamət olmayan İran İslam Respublikası yenə də özünün ermənipərəst mövqeyi öz ampluasındadır. Son bir neçə ay ərzində cənub qonşumuzun rəsmi və qeyri-rəsmi səviyyələrində keçirilən görüşlər, verilən açıqlamalar bunu bir daha sübuta yetirir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, indi İranda ermənipərəst mövqe özünü daha qabarıq şəkildə büruzə verir, ortaya çıxarır.
Ögey ata evdəki hər iki qızı zorlayıbmış - Səs-küylü hadisənin davamı
Bir müddət əvvəl Baləkəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan qızla bağlı xəbər ölkə gündəmində ciddi şəkildə müzakirə olunmuşdu. Hadisə ilə bağlı yeni detallar əldə edib. Belə ki, 4 aylıq istintaq prosesinin sonunda məlum olub ki, Şindiyev Elçin qeyri-rəsmi nikahda yaşadığı qadının ikinci qızını da zorlayıb. Artıq istintaq müddəti yekunlaşıb və iş məhkəməyə göndərilib.
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur...
İndoneziyanın Sumatra adasında yaşayan minangkabauluların sayı 4.5 milyona çatır. Həmin adada matriarxatlıq hökm sürür. Belə ki, burada kişilər "gəlin" olurlar. Toy günü bəy təmtəraqlı mərasimlə gəlinin evinə köçür.
Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq - VAXT məlum oldu
Bakıda məhbusların həbsdən qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq
“Fitch” Beynəlxalq Reytinq Agentliyi bu gün bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.
“DekaBank”ın sabiq rəhbəri məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" ASC-nin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Təcridxanaya alışqanda narkotik maddə keçirçək istədi
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Pemitensiar xpdmətdən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cahangirov Orxan İlqar oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi alışqanın içərisindən 1,67 qram marixuana aşkar edilib. Fakt üzrə araşdırma aparılır.
Sahibkarlara 4832 lisenziya verilib
İndiyədək sahibkarlara 4832 lisenziya verilib. Bunun 2676-sı yeni verilən, 2156-sı isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Lisenziyalar və icazələr" portalının təqdimatında deyib.
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb. AŞPA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda baş tutacaq. Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.













