AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb. AŞPA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda baş tutacaq. Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb. AŞPA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda baş tutacaq. Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. Yığıncaqda Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen çıxış edəcək. Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan məruzə edəcək. Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31