“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq
“Fitch” Beynəlxalq Reytinq Agentliyi bu gün bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.
20 Dekabr 2017 15:44 İqtisadiyyat"Fitch" Beynəlxalq Reytinq Agentliyi bu gün bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.
Bankdan verilən məlumata görə, metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch chr("39")cccchr("39") reytinq proqnozu səviyyəsinə + və - modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda "ccc" səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.
Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra, bankın xarici valyutada uzunmüddətli reytinqi Fitch tərəfindən "B-" səviyyəsinə yüksəldilib. Trend.az