Aksiya zamanı 5 nəfər öldü, 93 nəfər yaralandı

İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmurun maaşların ödənilməməsi və korrupsiyaya etiraz olaraq keçirdikləri aksiyada baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 93 nəfər yaralanıb.

İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmurun maaşların ödənilməməsi və korrupsiyaya etiraz olaraq keçirdikləri aksiyada baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 93 nəfər yaralanıb. Aksiyanı "Goran" Hərəkatı və İraq Yurdsevərlər Birliyi təşkil edib.

İraqın baş naziri Heydər əl-İbadi həftəlik mətbuat konfransında etiraz aksiyaları ilə bağlı deyib: "Şimaldakı aksiyalar yerli muxtar hökumətin yürütdüyü səhv siyasətdən qaynaqlanır. Mərkəzi hakimiyyətin vəzifəsi ölkənin hər yerində vətəndaşların həyatı və əmlakının təhlükəsizliyini qorumaqdır".

2014-cü ildə İraq kürd muxtariyyətinin keçmiş başçısı Məsud Barzani Türkiyəyə maaşların verilməsi üçün maliyyə yardımı ilə bağlı müraciət etmişdi. Onda rəsmi Ankara Məsud Barzani hökumətinə bu məqsədlə 2 milyard dollar kredti vermişdi.

Qeyd edək ki, aksiya üç gündür davam edir. Etirazçılar muxtar hökumətin keçmiş başçısı Məsud Barzaninin rəhbəri olduğu Demokratlar Partiyasının baş qərargahının binasına od vurublar.

"Hökumətdən müəllimlərin və məmurların sosial şəraitinin normallaşdırılmasını, maaşlarımızın fasiləsiz olaraq verilməsini tələb edirik", - aksiya iştirakçısı vurğulayıb.

Onlar "Bəsdir artıq!", "26 illik korrupsiyaya və qarətə yox!", "Rüşvətxorlar mühakimə olunmalıdır!", "Müəllim və məmurların maaşları haradadır?" şüarlarını söyləyiblər

Muxtar hökumətin rəsmi məlumatına görə, bölgədə hökumətdən maaş alan 1,4 milyon müəllim və məmur var. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31