İranın Ermənistan sevgisi
Hər zaman İslam həmrəyliyini əlində bayraq edən, lakin əməlində bu həmrəyiikdən əsər-əlamət olmayan İran İslam Respublikası yenə də özünün ermənipərəst mövqeyi öz ampluasındadır. Son bir neçə ay ərzində cənub qonşumuzun rəsmi və qeyri-rəsmi səviyyələrində keçirilən görüşlər, verilən açıqlamalar bunu bir daha sübuta yetirir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, indi İranda ermənipərəst mövqe özünü daha qabarıq şəkildə büruzə verir, ortaya çıxarır.
20 Dekabr 2017 16:01 DünyaYaxud Tehranın İslam həmrəyliyi devizi altında erməni təəssübkeşliyi
Hər zaman İslam həmrəyliyini əlində bayraq edən, lakin əməlində bu həmrəyiikdən əsər-əlamət olmayan İran İslam Respublikası yenə də özünün ermənipərəst mövqeyi öz ampluasındadır. Son bir neçə ay ərzində cənub qonşumuzun rəsmi və qeyri-rəsmi səviyyələrində keçirilən görüşlər, verilən açıqlamalar bunu bir daha sübuta yetirir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, indi İranda ermənipərəst mövqe özünü daha qabarıq şəkildə büruzə verir, ortaya çıxarır. Özü də erməni maraqlarına xidmət edən bu mövqe bir neçə istiqamət üzrə müşahidə edilir. İslam respublikasının kütləvi informasiya vasitələrindən tutmuş, din xadimlərinə qədər, din xadimlərindən tutmuş rəsmi şəxslərinə qədər hər kəsdə bu aralar həddən artıq erməni sevgisi baş qaldırıb desək yanılmarıq. Belə ki, cənub qonşumuzda işıq üzü görən bir neçə mətbu nəşr Azərbaycanın işğal altında olan ərazilərindəki məscidlərin ermənilər tərəfindən mühafizə edilməsi barədə yalan, böhtan, işğalçıların maraqlarına xidmət edən, onu tolerant ölkə kimi qələmə verməyə hesablanmış yazılar, məqalələr təqdim etdiyi halda, İranın bəzi din xadimləri isə bir qədər də irəli gedərək ermənilərin işğalı altında olan ərazilərimizdəki məscidlərin, əsas da Şuşa məscidinin İran memarları tərəfindən inşa edildiyi iddiası ilə çıxış edirlər.
İndi də Tehranın Ermənistan sevgisi iqtisadi sahədə özünü büruzə verib. Əslində İslam Respublikası hər zaman işğalçı ölkəyə iqtisadi sahədə dəstək duraraq onu blokadadan çıxarmağa, iqtisadi tənəzzülə düçar olmamağa çalışıb. Hazırda da Tehran daha bir layihəyə imza atmaq astanasındadır. Belə ki, İslam Respublikası İran-Ermənistan sərhədində Azad İqtisadi Zona (AİZ) yaratmaq ideyasını reallaşdırıb . Azad İqtisadi Zona İranın Mehri şəhərində yaradılıb. Hərçənd İranın təşəbbüsü ilə yaradılan Azad İqtisadi Zonanın Tehrana, xüsusilə də onun iş adamlarına hər hansı bir faydasının olmayacağı elə cənub qonşumuzun ermənipərəsət rəsmilərinə də gün kimi aydındır. Çünki Ermənistan iqtisadiyyatı həddən artıq bərbad və geriləmiş bir durumda olduğu üçün onun İran iqtisadiyyatına hansısa fayda verəcəyi də ağlabatan deyil. Qeyd etdiyimiz kimi Mehridə Azad İqtisadi Zonanın yaradılması ideyası və onun reallaşdırılması yalnız və yalnız İranın işğalçı ölkəni iqtisadi blokadadan çıxarmaq cəhdidir. Belə ki, işğalçı ölkə məhz Tehranın ona açmış olduğu yeni bir nəfəslik hesabına Mehridə yaradılan Azad İqtisadi Zona vasitəsilə ərəb ölkələri ilə iqtisadi əlaqələrini, alış-veriş imkanlarını genişləndirə bilər. Bu arada Ermənistanda bir qrup ərəb şeyxi və iş adamının da peyda olmasının arxasında məhz İran barmağı olması barədə xəbərlər gündəmə gəlib. Məlumata görə, ərəb şeyxləri və iş adamlarının Erməınistana səfərlərinə də lobbiçiliyi elə məhz İslam Respublikası edib.
Göründüyü kimi, İran bütün səylərini, qüvvəsini Ermənistana qardaş sevgisi üzərində qurub. Azərbaycan İsraillə əməkdaşlığı inkişaf etdirən zaman bu termindən ümumiyyətlə anlayışı olmayan və yalnız dildə qeyd etdiyi İslam həmrəyliyini gözə soxan İranın son addımları əslində onu deməyə əsas verir ki, cənub qonşumuz əslində İslam həmrəyliyi adı altında xristian, daha çox isə erməni təssübkeşliyi ilə məşğuldur. Əks təqdirdə İranın xarici işlər naziri bu günlərdə Ermənistanda səfərsdə olarkən İrəvanı regionda sülh və sabitliyə töhfə verən ölkə kimi xarakterizə etməzdi.
Məlumat üçün qeyd edək ki, Ermənistanda rəsmi səfərdə olan İranın xarici işlər naziri ağayi Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında heç bir məntiqə sığmayan, absurd bir fikirlər səsləndirib. İran XİN rəhbəri deyib ki, Ermənistan regionda sülh və təhlükəsizliyə töhfə verən ölkələrdəndir. Bunu hansısa bir İran vətəndaşı, fars rejiminin insanlıq əleyhinə siyasətindən cana doyan, bütün hüquqları əlindən alınan, molların köləsi olan sadə iranlının deməsi bəlkə də qəbahət olmazdı. Çünki hazırkı İran rejimi Cənubi Azərbaycanda 40 milyona yaxın insanımıza, soydaşımıza pz ana dilində yazıb-oxumaq imkanı, şansı vermədiyi kimi, öz sadə vətəndaşlarına da siyasi proseslərlə maraqlanmaq, regionda və dünyada baş verənlərlə bağlı məlumatlı olmaq şansını tanımır. Ona görə də sadə, dünyadakı proseslərdən heç bir anlayışı olmayan sadə iranlının belə bir açıqlama ilə çıxış etməsi normal qəbul edilə bilərdi. Ancaq ki, məlum açıqlamanı İranın xarici siyasət idarəsi rəhbərinin verməsi kifayət qədər ciddi və məkirli mətləblərdən xəbər verir. Ümumiyyətlə, aktiv siyasi proseslərlə məşğul olan, hansıs ölkənin xarici siyasətini idarə edən birisi əgər Ermənistanı regionda sülhə və təhlükısizliyə töhfə verən bir ölkə kimi qələmə verirsə, deməli onun ya görmə qabiliyyəti olduqca zəifdir, ya da normal qaydada eşidə, duya bilmir. Əgər hər iki orqanı sağlamdır və heç bir problem yoxdursa, deməli həmin şəxs ermənilər qədər axmaq və yalançıdır. Çünki yalnız ermənilər özlərinin regionda sülhə və təhlükəsizliyə töhfə verdikləri qənaətindədirlər. Və buna da hər kəsi inandırmağa çalışırlar. Ancaq müşahidə etdiyimiz son proseslər onu deməyə əsas verir ki, artıq ermənilər öz yalanlarını dünyaya car çəkməyə, bəşəriyyəti ona inandırmağa yönəlik cəhdlərinə bir qədər ara versələr də olar. Çünki onların apardığı "haqq" işi uğrunda mübarizəni dünyaya bəyan edən, ermənilərə qardaş sevgisi göstərən bir ölkə, İran var.
S.İsmayılbəyli